Icma.az
close
up
RU
Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 avqust, AZƏRTAC

Müasir əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasında şagirdlərin erkən yaşdan müxtəlif peşələrlə tanış olması və praktiki bacarıqlar qazanması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan peşə təmayüllü siniflər şagirdlərin həm ilkin peşə biliklərinə yiyələnməsinə, həm də gələcək təhsil və karyera seçimlərini daha şüurlu şəkildə müəyyənləşdirməsinə imkan yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov deyib. O qeyd edib ki, layihənin əsas məqsədi 10–11-ci sinif şagirdlərinin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlar əldə etməsinə şərait yaratmaq, onları seçdikləri peşə sahələri üzrə təhsillərini davam etdirməyə təşviq etməkdir. Layihə çərçivəsində şagirdlərə iki peşə ixtisası ilə yanaşı, “Əsas səriştələr” fənni də tədris olunur. Bu fənn üzrə peşə etikası, estetika və özünüifadə, zamanın idarə olunması, şəxsi brendinq, CV yazılması və yumşaq bacarıqlar kimi mövzular öyrədilir.

Müsahibmiz bildirib ki, layihənin əsas istiqamətlərindən biri də şagirdlərdə sahibkarlıq bacarıqlarının formalaşdırılması və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsidir. Şagirdlər nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar əldə edir, müxtəlif peşələr üzrə ilkin təcrübə qazanır, əmək bazarı və iş mühiti ilə tanış olurlar. Eyni zamanda, komanda işi, məsuliyyət, ünsiyyət və problem həll etmə kimi vacib bacarıqlarını inkişaf etdirirlər. Bu da onların gələcək peşə və ixtisas seçimində daha düzgün qərar verməsinə kömək edir.

Arif Pənahov vurğulayıb ki, 2026–2027-ci tədris ili üzrə Peşə Təmayüllü Siniflər layihəsi çərçivəsində müəllimlərin işə qəbulu prosesinə maraq yüksək olub. Belə ki, ümumilikdə 207 vakant yer elan edilib. Onlardan 151-i ixtisas müəllimi, 56-sı isə qrup rəhbəri vəzifəsi üzrədir. Vakansiyalar üzrə 5845 namizəd müraciət edib, müəyyən edilmiş tələblərə uyğun olan 2617 namizəd imtahan mərhələsinə dəvət olunub. Bu göstəricilər vakant yerlər üzrə rəqabətin yüksək olduğunu göstərir.

Lahiyə rəhbəri qeyd edib ki, peşə təmayüllü siniflərə şagirdlərin marağı son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bu dinamikanın əsas səbəblərindən biri təhsilin praktiki yönümlü olmasıdır. Tədris prosesində nəzəri biliklərin praktiki bacarıqlara inteqrasiyası şagirdlərə erkən yaşdan öz potensiallarını üzə çıxarmağa və daha aydın karyera planlaması aparmağa imkan verir. İl ərzində keçirilən ustad dərsləri, müəssisələrə təcrübə səfərləri, sərgi və təqdimatlar, eləcə də müasir tədris metodlarının tətbiqi peşələrin mənimsənilməsini asanlaşdırır. Artan marağın nəticəsi olaraq müraciət sayı 20 nəfərdən çox olan siniflərə qəbul müsahibə əsasında həyata keçirilir.

“Layihənin şagirdlərin gələcək peşə və universitet seçimlərinə təsirinin artıq konkret nəticələri də var. Məzunlar arasında məktəbdə yiyələndikləri ixtisas üzrə peşə və ya ali təhsil pilləsində təhsilini davam etdirənlər, əldə etdikləri bilik və bacarıqlar əsasında birbaşa əmək fəaliyyətinə başlayanlar, öz sahəsində peşəkarlaşanlar, eləcə də yerli və beynəlxalq sertifikatlar əldə edənlər mövcuddur. Bu nəticələri daha sistemli şəkildə ictimaiyyətə təqdim etmək məqsədilə “Uğurlu məzun” layihəsi həyata keçirilir. Layihə çərçivəsində məzunların sonrakı təhsil və karyera dinamikası, eləcə də peşə təmayüllü siniflərin onların peşə seçimində oynadığı rol nümayiş etdirilir”, - deyə o bildirib.

Arif Pənahov əlavə edib ki, müasir əmək bazarının sürətlə dəyişən tələbləri də layihədə nəzərə alınıb. Bu istiqamətdə İKT profili nəzdində yeni yaradılan “Dron təmiri” istiqaməti diqqət çəkir. Yeni istiqamətin 2026–2027-ci tədris ilindən etibarən pilot layihə olaraq bir neçə məktəbdə tətbiqi nəzərdə tutulur. Bu istiqamət şagirdlərin müasir texnologiyalarla bağlı bilik və praktiki bacarıqlarının inkişafına imkan verəcək. Gələcəkdə də əmək bazarında baş verən dəyişikliklər, texnoloji yeniliklər və şagirdlərin maraqları nəzərə alınmaqla yeni ixtisasların “Peşə təmayüllü siniflər” layihəsinə əlavə olunması planlaşdırılır.

Müxbir-Nərmin Muradzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri