Icma.az
close
up
RU
Peşəkar futbolçular şagirdlərlə oynadılar

Peşəkar futbolçular şagirdlərlə oynadılar

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bu görüş şəfqətə ehtiyacı olan uşaqlara bir dünya sevinc bağışladı

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı, bacarıqlarının inkişaf etdirilməsi, cəmiyyətə inteqrasiyası, asudə vaxtlarının səmərəli təşkili məqsədilə ölkəmizdə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində “Sumqayıt” – “Neftçi” futbol komandalarının qarşılaşmasından əvvəl bu klubların oyunçuları ilə Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Xüsusi Məktəbin daun sindromlu uşaqları arasında dostluq matçı bu sıradan daha bir maraqlı görüş olub.

Hər iki komandanın futbolçuları meydana üzərində “Fərqli deyil, xüsusiyik!” yazısı ilə çıxıblar. Yoldaşlıq oyununda və qarşılaşmanın startı ərəfəsində futbolçuları müşayiət edən uşaqlar da meydana bu şüarı əks etdirən formalarla daxil olublar. Neft Şirkətinin “Sosial qayğı proqramı” çərçivəsində təşkil edilən bu oyunu xüsusi qayğıya ehtiyacı olan bu uşaqlar üçün ilk belə tədbir idi.

“Sumqayıt” və “Neftçi” klublarının futbolçuları oyuna uşaqların müşayiəti ilə çıxıblar. Yeniyetmələr valideynləri ilə birgə “Sumqayıt” və “Neftçi” futbol klublarının qarşılaşmasını izləyiblər. Sonra hər iki klubun sponsorları, tərəfdaşlar və təşkilatçılar uşaqlara hədiyyələr təqdim ediblər.

Sumqayıt Xüsusi Ümumitəhsil Məktəbinin direktoru Arzu Alızadə “Xalq qəzeti”nə açıqlamasında budəfəki tədbirə daun sindromlu uşaqların dəvət aldıqlarını bildirdi:

“Məktəbimizdə autizm, yüngül əqli geriliyi və daun sindromu olan uşaqlar təhsil alırlar. 9 illik məktəb olsaq da, xüsusi istedadı olan uşaqların 10-cu sinifdə təhsil almasına imkan yaradırıq. Şagirdlərimiz Xüsusi Olimpiya Komitəsinin yarışlarında iştirak edirlər. Futbol, voleybol, basketbol komandalarımız var. Ölkə yarışlarında mükafata layiq yerlər tuturuq. Uşaqların idmanla məşğul olması üçün məktəbdə hər bir şərait var. Komandalarımız meydança və idman zalında məşq edir, oyunlar keçirirlər.

Şagirdlər görüş və yarışlarda iştirak etməyə böyük maraq göstərirlər. Onlar ilk dəfə idi belə bir açılışda və dostluq matçında iştirak edirdilər. Uşaqlarla yanaşı, valideynlər də məmnun qaldılar. Oyun günü hava soyuq olsa da, onların heç biri bunu hiss etmirdi. Bu görüş onların həyatında, bəlkə də, ən yaddaqalan hadisələrdən biri oldu”.

Arzu Alızadə onu da bildirdi ki, bir neçə ay bundan əvvəl “Sumqayıt” Futbol Klubu və “Azərikimya” İB-nin təşəbbüsü, “Kapital Bank”və “Paşa Həyat Sığorta” ASC-lərinin dəstəyi ilə şagirdlər futbolçularla görüşmüş, onlarla oynamağı arzu etmişdilər.

Oyunun startında topa ilk rəmzi toxunuş edən Anar Abbasov və Natiq Xalidovun da fikirləri maraqlıdır. Anarın da Natiqin də 15 yaşı var. Hər ikisi hücumçudur.

Anar bildirdi: “Əsl futbol oynadıq. Sonacan mübarizə apardıq”. Natiq isə dedi: “Yenə də oynamaq istəyirik. Biz futbolu çox sevirik. Hamı bizi alqışladı. Deməli yaxşı oyun göstərdik”.

“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev layihənin daun sindromlu uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq məqsədi daşıdığını dedi. O qeyd etdi ki, belə görüş və tədbirlər uşaqlarda özünəinam hissinin artırılması, eyni zamanda cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqi baxımında xüsusilə mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, daun sindromlu insanlar, o cümlədən uşaqlar ölkəmizdə tam dövlət qayğısı ilə əhatə olunub. Onların hüquqlarının müdafiəsi, reabilitasiyası, bacarıqlarının və vərdişlərinin inkişaf etdirilməsi ilə bağlı məsələlər daim diqqətdə saxlanılır.

Leyla QURBANOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri