Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Peşəkar jurnalistikamızın yetirməsi

Peşəkar jurnalistikamızın yetirməsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Yusif Hüseynov – 70

1973-cü ilin sentyabrında ovaxtkı Azərbaycan Dövlət Universitetində (indiki BDU) qəbul imtahanları geridə qalmışdı. Jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olan 50 tələbənin siyahısında mən 13-cü idim. Qalan 49 tələbənin heç birini tanımırdım. Dərslər yenicə başlamışdı. Ayrı-ayrı bölgələrdən gəlmişdik, ilk tanışlıq və dostluq münasibətləri yaranırdı. Bir neçə gündən sonra hiss etdim ki, qrup yoldaşlarımın arasında Yusifə daha çox bağlanıram. Üstündən 53 il keçsə də, bu seçimimə görə peşman olmamışam.

Universitetin jurnalistika fakültəsi tələbələrin sayına görə kifayət qədər yığcam fakültə sayılırdı. Kurs fərqi hiss olunmur, hamı bir-birini yaxından tanıyır, az qala, bir ailənin üzvləri kimi dolanırdı. Həm də peşəmizin xarakterindən gələn bu doğmalıq tələbəçilik dönəmindən sonrakı illərdə də fakültənin məzunları arasında həmkar münasibətləri, bir çox hallarda dostluq əlaqələri kimi davam edərdi. Rəhmətlik tələbə yoldaşımız Qəzənfər Qəribovun sözləridir: “Jurnalistika fakültəsinin tələbələri, sanki, bir-birinə qohumdurlar”.

Yusif Hüseynovla bir-birimizə o qədər isinişdik ki, qısa müddətdən sonra nəinki doğmalarımızı, uzaq qohumlarımızı belə qiyabi tanıyır, onları əzizlərimiz kimi qəbul edirdik. Yusifin atası – Böyük Vətən müharibəsi əlili Həsən əmi, anası Zemfira xala, böyük bacısı Yaqut müəllim məni Yusifdən ayırmırdılar. Tam əminəm ki, Yusif də mənim doğmalarıma eyni sayğı ilə yanaşırdı. Kəndə, evimizə yolum düşəndə atamın ilk suallarından biri bu olardı: Yusif necədir?

BDU-nun jurnalistika fakültəsində tələbə və müəllimlər arasında, həqiqətən, çox doğma, səmimi mühit var idi. Digər fakültələrdə tələbələri incitməklə kimlərdənsə “hayıf çıxan” bəzi “əzazil” müəllimlər professor Şirməmməd Hüseynovun dekanı olduğu jurnalistika fakültəsində “at oynada” bilmirdilər. Çünki əziz müəllimimiz haqsız yerə incidilən tələbənin arxasında dayanırdı. Pis oxuyan, məsuliyyətsizlik edənlər isə universiteti vaxtından əvvəl “tərk etməli” olurdular.

Yusif orta məktəbi “əla” qiymətlərlə bitirmişdi. Əgər istəsəydi, o illərdə çoxları üçün əlçatmaz görünən hüquq fakültəsinə də daxil ola bilərdi. Amma bir qədər əvvəl söylədiyim kimi, qəlbimizdə jurnalist peşəsinin qeyri-adi gücünə inamımız o qədər böyük idi ki, ondan niyə hüquq fakültəsinə sənəd verməməsinin səbəbini soruşmağa lüzum görmürdüm. İndi fikirləşirəm ki, nə yaxşı Yusif hüquq fakültəsini bitirib müstəntiq, prokuror və ya hakim olmaq istəməyib. Axı o qədər həlim ürəyə, yumşaq xarakterə malikdir ki, onun, hətta qanunu pozmuş kimisə cəzalandıra biləcəyini heç cür ağlıma sığışdıra bilmirəm.

Yusiflə 3 il bir kursda oxuduqdan sonra, təhsilimi davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) jurnalistika fakültəsinə göndərildim. Orada təhsil aldığım 3 ildə Yusif ikimizin də dostu Etibar Mürsəliyev (42 yaşında dünyasını dəyişib) adlı qrup yoldaşımızla Moskvaya gələrək mənə baş çəkdi. Yusifin təşəbbüsü ilə üçümüz bir yerdə əvvəlcə məşhur Tretyakov adına Rəsm Qalereyasını ziyarət etdik, sonra “Köhnə Arbat”da yerləşən Moskva Operetta Teatrında dahi bəstəkarımız Qara Qarayevin “Çılğın qaskoniyalı” müziklinin premyerasına getdik.

...1979-cu ildə MDU-nu bitirib Bakıya qayıdanda Yusif respublikanın aparıcı qəzetlərindən birində çalışırdı. Qısa müddət keçəndən sonra Politologiya İnstitunu (əvvəllər partiya məktəbi adlanırdı) fərqlənmə diplomu ilə bitirdi, Azərbaycan KP MK-nın nəzdində fəaliyyət göstərən Partiya Tarixi İnstitutunda çalışdı. Burada onun əsas vəzifəsi şəhər və rayon partiya komitələrinin büro və plenum iclaslarının sənədlərinin düzgün tərtib edilərək qrafikə uyğun institutun arxivinə təhvil verilməsinə nəzarət etmək idi. Bu işə məsul olan şəxslərə məsləhətlərini verən Yusif onlara hər cür köməklik göstərir, qayğısını əsirgəmirdi.

Onun tapşırılan məsul vəzifənin öhdəsindən uğurla gəlməsi bir müddət keçəndən sonra ölkənin ali icra hakimiyyəti orqanına – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına işə dəvət olunmasına səbəb oldu. Dostumun karyera yüksəlişində əasas rol oynayan amil onun intizamlı və məsuliyyətli insan olması idi. O, eyni zamanda, çox mehriban və təşəbbüskar şəxsdir. Çox səbirlidir, hamı ilə dil tapmağı bacarır. Amma milli dövlətçilik maraqları olan yerdə qətiyyətli və prinsipial mövqeyindən geri çəkilməyib.

Yusif Hüseynov artıq illər keçəndən sonra o çətin, gərgin dövrü belə xatırlayır: “1980-ci illərin sonu idi. O dönəmdə respublikanın ictimai-siyasi həyatında təzadlı proseslər baş verirdi. Bir tərəfdən erməni separatçıları Kremlin gizli dəstəyilə Qarabağda aranı qarışdırır, o biri tərəfdən idarəçilik strukturlarında yaranan boşluqlar cəmiyyətdə gərginliyin artmasına gətirib çıxarmışdı. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev xalqın israrlı tələbi ilə 1993-cü ilin yayında ölkədə siyasi hakimiyyətin sükanı arxasına keçdi. Bu dahi siyasətçi olmasaydı, Azərbaycan onu gözləyən dəhşətli uçurumdan xilas ola bilməyəcəkdi”.

Vaxt keçdi, vədə yetişdi və özünə məslək seçdiyi peşəkar jurnalistikada yenidən öz sözünü deməsi üçün həyat Yusif Hüseynova fürsət yaratdı. 2005-ci ilin avqustunda Azərbaycanda ilk ictimai yayım institutu – İctimai Teleradio Şirkəti fəaliyyətə başlayanda o, müsabiqə yolu ilə işə qəbul olundu və uzun illər burada həvəslə çalışdı.

İctimai Televiziyada onunla bir departamentdə işləyən, hazırda “Xalq qəzeti”nin ictimai-siyasi şöbəsinin müdiri, tanınmış jurnalist İmran Bədirxanlı deyir ki, Yusif Hüseynov rus dilini yüksək səviyyədə bildiyi üçün onun ana dilimizə çevirdiyi çox sayda əcnəbi filmlərin tərcümə keyfiyyətinə söz ola bilməzdi. O, bilik və təcrübəsini telekanalın gənc əməkdaşları ilə bölüşməyi özünə mənəvi borc bilirdi. Elə buna görə kollektivdə hamı onun xətrini çox istəyirdi.

Martın 10-da unudulmaz tələbəlik illərimin dostu, istedadlı jurnalist, naşir və tərcüməçi Yusif Hüseynovun 70 yaşı tamam olur. İndi o, təqaüddədir. Düşünürəm ki, dostları, yaxın və doğmaları yubilyarın jurnalist peşəsinə, xalqına, dövlətçiliyimizə sədaqətlə xidmətdə keçən mənalı ömür yolu ilə fəxr etməyə haqları var. Əlbəttə, ən çox Yusif Hüseynovun buna haqqı çatır!

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see224

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see164

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri