Icma.az
close
up
RU
Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) nədir?

Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) nədir?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Sığorta sahəsinin inkişafında bilikli və peşəkar mütəxəssislərin hazırlanması mühüm rol oynayır. Bu baxımdan Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) təşəbbüsü həm nəzəri, həm də praktiki cəhətdən diqqət çəkir. Sığorta sahəsində təlimçi və müəllim kimi fəaliyyət göstərən, bu sertifikasiyanın təlimçisi İlahə Ümidli ilə PSS-in məqsədi, üstünlükləri və sığorta bazarına təsiri barədə söhbətləşdik.

- İlahə xanım, Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) nədir və hansı məqsədlə yaradılıb?

- PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən hazırlanmış sertifikasiya proqramıdır. PSS-in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered Insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmışdır. PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk və yeganə sertifikasiya proqramıdır.

Təlimçi təcrübəmə əsasən deyə bilərəm ki, bu sertifikasiya sığortaçıların yalnız nəzəri biliklərini artırmaqla kifayətlənmir, həm də onları praktik qərarvermə proseslərinə hazırlayır. Əsas məqsəd sığortanı sırf maliyyə aləti kimi deyil, risklərin idarə olunması mədəniyyətinin ayrılmaz hissəsi kimi təqdim etməkdir.

- Bu sertifikasiya kimlər üçün nəzərdə tutulub? Yalnız sığorta şirkəti əməkdaşları, yoxsa geniş ictimaiyyət də müraciət edə bilər?

- Bu proqramın auditoriyası əslində daha genişdir. Əlbəttə, ilk növbədə sığorta şirkətlərində çalışan əməkdaşlar üçün nəzərdə tutulub. Amma eyni zamanda fərdi sığorta agentləri və mütəxəssisləri, karyerasını sığorta sahəsində qurmaq istəyən ali təhsilli şəxslər, sığorta sahəsinə marağı olan tələbələr və risk menecmenti sahəsində fəaliyyət göstərən şəxslər və s. bu sertifikasiyadan faydalana bilərlər. Mənim yanaşmam budur ki, sığorta bilikləri yalnız sahə mütəxəssisləri üçün deyil, iqtisadi qərar verən hər kəs üçün vacibdir.

- PSS-in təlim müddəti nə qədərdir, proqram neçə moduldan ibarətdir, sonda iştirakçılara hansı sənəd təqdim olunur? İstərdim bu barədə məlumat verəsiniz.

- Təlimin ümumi müddəti seçilmiş intensivlikdən asılı olaraq dəyişir, lakin adətən bir modul üzrə müddət 10 həftəlik dövrü əhatə edir. Proqram 3 əsas moduldan ibarətdir: PSS 1.1., PSS 1.2. və PSS 1.3.

İştirakçılar hər modulu tamamladıqdan sonra qiymətləndirmə testlərindən keçirlər. Bütün mərhələlər bitdikdən və yekun imtahandan uğurla keçdikdən sonra onlara Peşəkar Sığortaçı Sertifikatı təqdim olunur.

Mənim üçün vacib məqam budur ki, sertifikat yalnız sənəd olaraq yox, həm də bilik və bacarığın təsdiqi kimi qəbul edilsin. Bu baxımdan PSS sertifikasiyası önəmli ölçü alətidir.

- Təlimlərdə hansı mövzulara toxunursunuz?

- Biz risk anlayışını fundamental səviyyədə izah edirik, anderraytinq proseslərini nəzəri modellərlə yanaşı real bazar nümunələri üzərindən müzakirə edirik.

Ümumilikdə:

PSS 1.1 baza mərhələsində, risk anlayışı, sığortanın əsas prinsipləri, sığorta marketinqi və sığorta müqavilələri haqqında ətraflı məlumat verilir, dünya təcrübəsi öyrənilir.

PSS 1.2. mərhələsində London sığorta bazarında yer alan həyat sığortası məhsulları, sığorta məhsullarının dizaynı və bir çox digər sığorta növləri haqqında mövzular yer alır.

PSS 1.3 mərhələsində isə yerli sığorta qanunvericiliyi öyrənilir. Burada biz iştirakçılara Sığorta Fəaliyyəti Haqqında qanun, İcbari Sığortalar Haqqında qanun, Mülki məcəllə, KASKO, İstehlak kreditlərinin sığortası və İşçilərin icbari sığortası haqqında geniş məlumat veririk.

Bundan başqa, müştəri münasibətlərini yalnız xidmət səviyyəsində deyil, etimad kapitalı kimi təhlil edirik. Təlimlərdə həm nəzəri bilik, həm də tətbiqi bacarıqların balansı qorunur.

- Bu təlimlər iştirakçılara nə qazandırır?

- Mənim müşahidəmə görə, bu proqram iştirakçılara, ilk növbədə elmi biliklər verir, onlar sığortanı sistemli şəkildə öyrənir və anlamağa başlayırlar. Təlim həmçinin iştirakçılara praktiki bacarıqlar, risk qiymətləndirməsi, müqavilə analizi, müştəri ilə kommunikasiya kimi gündəlik işlərdə tətbiq edilə bilən bacarıqları qazandırır. Və ən əsası iştirakçılar peşəkar statusu qazanır. Sertifikasiya onların əmək bazarında rəqabət üstünlüyünü artırır, həm də onları işəgötürənlər üçün daha etibarlı mütəxəssisə çevirir.

- Beynəlxalq təcrübə ilə müqayisədə PSS hansı üstünlüklərə malikdir?

- Mənim tədqiqatçı kimi yanaşmam budur ki, beynəlxalq sertifikasiyalar çox dəyərlidir, amma onlar bəzən lokal bazarın özəlliklərini nəzərə almır. PSS-in üstünlüyü ondadır ki, beynəlxalq standartlar üzərində qurulsa da, yerli qanunvericilik və bazar reallıqları da nəzərə alınır. Yəni PSS həm qlobal yanaşmanı, həm də milli ehtiyacları özündə birləşdirən bir modeldir.

- Sizcə Azərbaycanda və ümumilikdə türk dünyasında sığorta sahəsinin inkişafı üçün belə sertifikasiya nə dərəcədə vacibdir?

- Mənim fikrimcə, sığorta sahəsində inkişafın təməli insan kapitalıdır. Əgər biz peşəkar kadr yetişdirməsək, ən mükəmməl qanunvericilik belə işləməyəcək. Türk dünyasında ortaq iqtisadi inteqrasiya prosesləri gedir və bu, peşəkar sığortaçıların hazırlanmasını daha da zəruri edir. Belə sertifikasiya həm milli bazar üçün mütəxəssis yetişdirir, həm də ortaq türk coğrafiyasında biliklərin sintezinə xidmət edir.

- Təlimçi və müəllim kimi sizi motivasiya edən əsas faktor nədir?

- Mənim üçün motivasiya yalnız bilik ötürmək deyil, həm də yeni nəsil peşəkarları formalaşdırmaqdır. Hər bir iştirakçının inkişafını, onların iş həyatında əldə etdikləri uğurları görmək mənim üçün ən böyük mükafatdır. Mən sığortanı yalnız iqtisadi mexanizm deyil, həm də sosial məsuliyyət və risk mədəniyyəti kimi görürəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see617

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see469

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see363

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see251

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see247

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see245

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see243

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see237

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see228

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see222

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see219

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see217

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see213

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see206

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see202

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see189

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see183

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see179

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see178

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri