Pəşinyanın Rusiyayla yaxınlaşma cəhdi İşə Ter Petrosyanı da qatdı 2 ŞƏRT
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
18 fevralda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan (1991-1998-ci illər) Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkinlə özəl rezidensiyasında görüşüb. Bir neçə gün əvvəl isə o, İranın Ermənistandakı səfiri Seyid Əli Sobhani ilə görüşmüşdü.
Ermənistanın "İravunk" qəzeti yazır ki, keçmiş prezidentin bu fəaliyyəti Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi xahişi ilə baş tutub. Paşinyan, Ter-Petrosyanın vasitəçiliyi ilə ölkəsinin Rusiya ilə əlaqələrini yaxşılaşdırmağa çalışır.
Mənbələrin məlumatına görə, Rusiya Paşinyan və onun zədələnmiş nüfuzunun qorunması üçün iki şərt irəli sürüb:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı həll olunmamış məsələnin bağlanması, Rusiya ilə "dəmir yolu idarəçiliyi" məsələsində qarşılıqlı qəbul edilə bilən variantların müzakirəsinə başlamaq.
Bu şərtlərin həyata keçirilməsi Paşinyan üçün Rusiyayla münasibətlərin düzəlməsi və iç siyasətdə vəziyyətin sabitləşməsi baxımından əhəmiyyətli ola bilər. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















