Peskov: Rusiya ilə KXDR arasında saziş xarici təcavüz halında yardımı nəzərdə tutur
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya ilə KXDR arasında əməkdaşlığa dair sualı cavablandıran Peskov xatırladıb ki, bu saziş müxtəlif sahələrdə tərəfdaşlığın inkişafını nəzərdə tutur. “Koreyalı dostlarımız təcavüz hədəfinə çevrilərsə, onların maraqlarını qorumağa kömək etməyə hazır olacağıq. Onlar da bizim üçün eyni şeyi etməyə hazırdırlar”, - deyə Hindistanın "ANI" xəbər agentliyi Peskova istinadən məlumat verib.
Rusiya liderinin mətbuat katibi qeyd edib ki, bu, “normal beynəlxalq təcrübədir”. “Bizim ərazimizdəki iddia edilən koreyalı hərbçilərə gəlincə, bu, hərbçilərimizə, Müdafiə Nazirliyimizə veriləcək sualdır. Biz çalışırıq ki, birbaşa ordu ilə bağlı məsələlərdən danışmayaq”, - deyə Peskov əlavə edib.
Qadir, Bizimyol.info
Baxış sayı:48
Bu xəbər 19 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















