Rusiya ilə KXDR arasında strateji tərəfdaşlıq sazişi nələri nəzərdə tutur? XİN AÇIQLADI
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
KXDR və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş hərbi ittifaqı nəzərdə tutmur və digər ölkələr üçün təhlükə yaratmır.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Moskva bu barədə Şimali Koreyanın bütün qonşularına açıq şəkildə danışır.
“Onlar son vaxtlar müəyyən narahatlıqlarını bildirirlər. Qərbin analoji razılaşmalarından fərqli olaraq, saziş hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur və üçüncü ölkələr üçün təhlükə yaratmır”, – nazir müavini deyib.
Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi Rusiya prezidenti Vladimir Putinin 18-19 iyun tarixlərində Şimali Koreyaya səfəri zamanı imzalanıb. Müqavilə hərbi-texniki əməkdaşlığın və iqtisadi əlaqələrin inkişaf etdirilməsini, həmçinin ölkələrdən birinə hücum zamanı hərbi yardımın göstərilməsini nəzərdə tutur.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















