Icma.az
close
up
RU
Petrosyanın etirafları Andranik cinayətlərinin davamı kimi dəyərləndirilməlidir

Petrosyanın etirafları Andranik cinayətlərinin davamı kimi dəyərləndirilməlidir

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də Qarabağda qətliamlar törətmiş, mülki soydaşlarımıza qarşı xüsusi amansızlığı ilə fərqlənmiş “Yerkrapa” terrorçu qruplaşması qarşısında edilən çıxışında qeyri-adi heç nə yoxdur. Çünki ermənilərin tarixi torpaqlarımıza köçürülməsindən bu günə qədərki fəaliyyətləri arxasında məhz bu missiya dayanmışdı. Eyni zamanda bu kimi çıxışların kökünü əslində tarixi sənədlərdə və Çar Rusiyasının cənubi Qafqaz strategiyasında erməni faktorundan lazımıca istifadə etməsində axtarmaq lazımdır”.

Modern.az xəbər verir ki, bu sözləri Qərbi azərbaycanlıların köç və işğal problemlərinin araşdırıcısı, Araşdırmaçı Jurnalistlər liqasının baş katibi Şəfayət Avılbəyli, Ermənistanın birinci prezidenti L.T.Petrosyanın 1993-cü ildə ki, terorçu qrupun qarşısındakı çıxışına münasibət bildirərkən deyib.

Şəfayət Avılbəyli açıqlamasınada qeyd edib ki, Çar Rusiyası dönəmindən öz başlanığıcını qoymuş və dövlət səviyyəsində köçürmə siyasəti ilə reallaşdırılan proses bolşeviklərin hakimiyyətə gəlişindən sonra da eyni səviyyədə və hətta bir qədər fərqliliklə, daha doğrusu əlavələrlə davam etdirilmişdir. Araşdırmaçılar 1905-ci ildən günümüzə qədər çirkin və antiimperialist siyasətini davam etdirməsini rəsmi sənədlərdə isə ermənilərin Azərbaycan türklərinə qarşı genosid, soyqırım siyasətini tutarlı dəlillərlə sübut edirlər.

Məsələn, 1918-1920-ci illərdə Göyçə gölünün şərq və şimal sahillərində yerləşən azərbaycanlı kəndlərinin 84-ü dağıdılmış, əhalinin böyük əksəriyyəti amansızcasına qətlə yetirilmişdir. “Basarkeçər rayonunun 115 mindən çox evi olan 22 kəndi bir həftə ərzində talan edilmiş, salamat qalan sakinləri isə var-dövlətini qoyub Gəncə və Cavanşir qəzalarına qaçmış, aran rayonlarında sığınacaq tapmışlar”.

1988-ci ildən isə başlayan dönəm Qərbi azərbaycanlıların köç, işğal proseslərinin açıq müstəviyə keçməsi baxımından ayrıca mərhələdir və bu mərhələdə L.T.Petrosyan kimi canilərin bu prosesdə iştirakı məhz bu kimi çıxışları ilə deyil, real cinayətkar fəaliyyətləri ilə tarixin yaddaşındadır və zaman onlarında cəzasını kəsəcək. Hansıki Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan kimi...

“L.T Petrosyanın “Türksüz Ermənistan” ideyaları və çıxışındakı etiraflar daşnaqların “lideri” Andranik Ozanyanın cinayətlərinin davamı kimi dəyərləndirilməlidir”.

Ş.Avılbəyli açıqlamasında qeyd edib ki, hər bir xalq müxtəlif şəraitdə öz tarixçilik ənənəsini yaradır və saxlayır. Məsələn, bizim yəni türklərin “qırğın dəstəsinin başçısı” kimi qəbul etdiyimiz Andranik Ozanyan ermənilər üçün simvoldur, qəhrəmandır. Məhz bu kimi natarazslıq tarixdə obyektivlik anlayışını alt-üst edir və kimin kim olmasının aydınlaşdırılmasını çətinləşdirir. Bizim əzəli torpaqlarımız da tarixi ədalətsizliyin qurbanına çevrilmişdir.Bu gün bütün fəaliyyətlər Qərbi Azərbaycan torpaqıarının əzəli sakinlərinin hüquqlarının bərpası üçün yönəldilməlidir və Petrosyanın məlum etirafı da bu prosesi bir daha labüdləşdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Yanvar 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri