Icma.az
close
up
RU
Peyk görüntüləri ABŞ təyyarədaşıyan gəmisini İranın qapısında “tutdu”

Peyk görüntüləri ABŞ təyyarədaşıyan gəmisini İranın qapısında “tutdu”

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Avropa Kosmik Agentliyinə məxsus peyk görüntüləri ABŞ-yə aid təyyarədaşıyan gəmini İranın qapısında qeydə alıb. Bəhreynə çatan gəmi, 2020-ci ildən bəri bu ölkəyə lövbər salan ilk təyyarədaşıyan gəmi olub.


Sherg.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin Sentinel-2 peykləri USS Nimitz (CVN-68) təyyarədaşıyan gəmisi və ona müşayiət edən hərbi gəmilərin Hörmüz boğazına yaxınlaşaraq şimala  - Fars körfəzinə doğru hərəkət etdiyini görüntüləyib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sabiq komandanı general-polkovnik Cozef Votel “Newsweek”ə açıqlamasında, son bir ildə ABŞ-nin bölgədəki hərbi mövcudluğunda “əhəmiyyətli” artım olduğunu bildirib.

"USS Nimitz"-in rəhbərlik etdiyi 11-ci Təyyarədaşıyan Zərbə Qrupuna “USS Gridley” və “USS Lenah Sutcliffe Higbee” idarəolunan raket esminesləri müşayiət edib. Bəhreynə çatan bu qrup, 2020-ci ildən bəri ölkəyə lövbər salan ilk təyyarədaşıyan gəmi olub.

"USS Nimitz" sonuncu dəfə təxminən bir il əvvəl Fars körfəzində xidmət göstərib. İyul ayında Oman körfəzinə yerləşdirilən gəmi, Cənubi Çin dənizindəki tapşırıqları tamamladıqdan sonra, iyun ayında İsrail ilə İran arasındakı 12 günlük qarşıdurma zamanı Yaxın Şərqə yönləndirilib.

CENTCOM-un fəaliyyət zonası Hörmüz boğazı, Süveyş kanalı və Bab əl-Məndəb boğazı kimi strateji keçidləri əhatə edən 21 ölkə və təxminən 6,5 milyon kvadrat kilometr dəniz ərazisini əhatə edir.

ABŞ-nin bu geniş coğrafiyada hərbi mövcudluğunu artırması, İranın nüvə fəaliyyəti, bölgədəki vasitəçi qruplar və müttəfiqlərə qarşı təhdidlərə hazır olmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri