Icma.az
close
up
RU
Peyvəndi olmayan təhlükəli virus: ÜST xəbərdarlıq etdi Belə qorunun

Peyvəndi olmayan təhlükəli virus: ÜST xəbərdarlıq etdi Belə qorunun

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Nipah” virusu ilə bağlı xəbərdarlıq edib. Qurum xəstəliyin pandemiyaya çevrilə biləcəyini bildirib.

Bu virusla necə mübarizə aparmaq olar? Əhali nəyə diqqət etməlidir?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, “Nipah” çox təhlükəli və nadir rast gəlinən zoonoz mənşəli virusdur:

“Bu, heyvandan insana keçir. Əsasən meyvə yarasaları virusun təbii daşıyıcısı sayılır. Hazırda spesifik peyvənd və ya təsdiqlənmiş müalicəsi yoxdur. Buna görə əsas mübarizə yolu profilaktik tədbirlərdir. Virus insanlarda ağır beyin iltihabı və tənəffüs çatışmazlığı yarada bilər. Ölüm faizi çox yüksəkdir, təxminən 40-75% arasında dəyişir”.

Terapevt bildirib ki, insanlar virusdan qorunma yollarından istifadə etməlidirlər:

“Bunun üçün çiy, açıqda qalmış xurma şirəsi və yarasalarla təmasda ola biləcək qidalardan uzaq durmaq lazımdır. Eyni zamanda meyvələr yaxşı yuyulmalı, xəstə insanlarla yaxın təmasdan çəkinməli və gigiyena ciddi nəzarətdə saxlanılmalıdır. Qızdırma, baş ağrısı, tənəffüs və ya nevroloji əlamətlər olduqda dərhal həkimə müraciət etmək lazımdır. Risk əsasən yoluxma ocaqlarında yüksəkdir, lakin erkən xəbərdarlıq və düzgün profilaktika ilə yayılmanın qarşısını almaq mümkündür”.

Xatırladaq ki, artıq Hindistanda virusdan ilk ölüm hadisəsi qeydə alınıb. Hakimiyyət Qərbi Benqaliyanın şərqindəki təhlükəli “Nipah”ın yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb. Bildirilib ki, virusa yoluxanların sayı 5-ə çatıb, 100-dən çox insan karantinə alınıb və yoluxmuş xəstələr müalicə alır.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri