Icma.az
close
up
RU
Pezeshkian: ABŞ, İranla dürüst danışıqlar aparmaq istədiyini sübut etməlidir

Pezeshkian: ABŞ, İranla dürüst danışıqlar aparmaq istədiyini sübut etməlidir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ, nüvə proqramı ilə bağlı İranla dürüst və öz şərtlərini qəbul etdirmədən danışıqlar aparmaq istədiyini sübut etməlidir.

Bizimyol.info xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeshkian bildirib.

"İndi bir çox ölkələrlə münasibətlərimiz əvvəlkindən daha yaxşıdır, amma ABŞ ilə danışıqlar başqa cürdür. Biz danışıqlara hazırıq, amma təhqir olunaraq deyil. Biz bütün dünya ilə danışıqlar aparırıq, heç kimlə düşmən olmuruq, amma eyni zamanda, hər dəyərdə danışıqlar aparmırıq və təhqir olunmağa da razı deyilik. Biz müharibələrə, qarışıqlıqlara və nüvə bombasına can atmırıq. Bəs bütün dünyanı necə inandıra bilərik? Biz danışıqlar aparmaq istəyirik, amma ABŞ da sübut etməlidir ki, onlar bunu istəyirlər", - deyə Pezeshkiana istinadən onun mətbuat xidməti məlumat verib.

İranın Prezidenti bir daha vurğulayıb ki, İslam Respublikasında nüvə silahı istehsal etmək mümkün deyil. "Bu yalnız mənim sözüm deyil, bu, ali liderin (yəni, Ayətullah Əli Xameneyinin) fətvasıdır", - deyə o qeyd edib.

2003-cü ildən İranın ali lideri Ayətullah Əli Xameneyinin verdiyi fətvaya əsasən, nüvə silahının istehsalı qadağandır, çünki bu, İslam dininə ziddir. İranın Xarici İşlər Nazirliyi dəfələrlə vurğulayıb ki, Tehran kütləvi məhvetmə silahlarının hazırlanmasından imtina siyasətinə sadiqdir.

Martın 7-də ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Xameneyiyə nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifi ilə məktub göndərib. Tehran Vaşinqtonla birbaşa dialoqdan imtina edib, lakin vasitəçilər vasitəsilə danışıqların davam etməsinə razılıq bildirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri