Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir.
ISNA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bildirib.
"Bizim ABŞ ilə problemimiz ondadır ki, hər dəfə danışıqlar masasına gəldiyimizdə, dərhal bizə müharibə təhmil edilir", - İran Prezidenti bildirib və əlavə edib ki, ölkəni hücum və sanksiyalarla təhdid edən Vaşinqtonla danışıqlar aparmaq mənasızdır.
Onun sözlərinə görə, ABŞ indiyədək danışıqlar zamanı üç dəfə İrana hücum edib: "Məqsədləri İran İslam Respublikası quruluşunu devirməkdir.
ABŞ-nin quruluşu devirmək məqsədilə İrana hücumu xalqımızın daha da həmrəy olmasına səbəb olub və Allahın izni ilə bu mərhələdən də başıuca keçəcəyik".
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 05 Oktyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















