Pezeşkian ABŞ ilə münaqişədə diplomatik yol çağırışı etdi
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran və ABŞ arasında müharibənin davam etməsi heç bir tərəf üçün faydalı deyil və gərginliyin azaldılması üçün diplomatik yollar axtarılmalıdır.
Sherg.az xəbər verir ki, İran prezidentinin sözlərinə görə, qarşı tərəfə etimadsızlıq və ehtiyatlı yanaşma vacib olsa da, böhranı azaltmaq üçün dialoq və siyasi həll yolları əsas seçim olmalıdır.
Məlumata görə, ABŞ və İsrail 28 fevraldan etibarən İrana qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. 7 aprel tarixində ABŞ prezidenti Donald Tramp müvəqqəti atəşkəs elan edib, lakin daha sonra tərəflər arasında aparılan danışıqlarda uzunmüddətli razılaşma əldə olunmayıb.
Son məlumatlara görə, ABŞ İrana qarşı dəniz blokadasını da gücləndirib. Yeni danışıqların keçiriləcəyi isə hələlik qeyri-müəyyəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















