Pezeşkian amerikalıları İrana sərmayə qoymağa çağırdı Xamaneinin buna münasibəti necə olacaq?
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pezeşkian: "Xamanei ABŞ sərmayəsinə qarşı deyil"
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehran ilə Vaşinqton arasında planlaşdırılan danışıqların uğurlu olacağı təqdirdə, ABŞ şirkətlərinin İrana investisiya qoya biləcəklərini və ölkənin ali dini lideri Əli Xamaneinin buna müsbət yanaşdığını söyləyib.
Pezeşkian deyib: "İranın ali lideri ayətulla Əli Xamanei Birləşmiş Ştatların İrana sərmayə qoymasına etiraz etmir. Amerikalı sərmayəçilər, gəlin və investisiya qoyun".
Onun fikrincə, bu təklif İranla yeni nüvə müqaviləsi imzalamaq niyyətində olan ABŞ Prezidenti Donald Trampı maraqlandıra bilər.
Məsud Pezeşkian növbəti dəfə bildirib ki, Tehranın nüvə silahı yaratmaq niyyəti yoxdur, nüvə proqramı dinc və elmi məqsədlər daşıyır. Pezeşkian deyib: "Vaşinqton Tehrana inanmırsa, təklif edirəm ki, Amerika özü bunu bir daha yoxlasın".
Xatırladaq ki, aprelin 12-də, Omanda Tehran ilə Vaşinqtonun nüvə müqaviləsi məsələsi ilə bağlı danışıqları keçiriləcək. Danışıqlar prosesində İran XİN-in rəhbəri Abbas Əraqçi ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak edəcəklər.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















