Icma.az
close
up
RU
Pezeşkian BAEA ni ikili standartlardan əl çəkməyə çağırıb

Pezeşkian BAEA ni ikili standartlardan əl çəkməyə çağırıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ikili standart siyasəti qlobal təhlükəsizlik üçün təhdidə çevrilib və İran, Agentlikdən bundan imtina etməsini gözləyir.

Bizzimyol.info xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Mənsur Pezeşkian bildirib.

“Bu cür ikili standart siyasəti regional və qlobal təhlükəsizlik üçün ciddi təhdidlərə yol açır. Biz gözləyirik ki, BAEA suveren dövlətlərin hüquqlarını pozmasın, ikili standartlardan imtina etsin və BAEA Nizamnaməsinə tərəfdaş olan bütün ölkələrin qanuni maraqlarını düzgün şəkildə qorusun”, – deyə Pezeşkian Fransanın prezidenti Emmanuel Makronla telefon danışığında bildirib.

BAEA-nin baş direktoru Rafael Qrossinin fəaliyyətlərinə münasibət bildirən Pezeşkian qeyd edib ki, bu gün İran hökumətinin, parlamentinin və xalqının mövqeyi belədir: "BAEA-nin baş direktoru, mövcud əməkdaşlıq və qarşılıqlı əlaqəyə baxmayaraq, İranın nüvə proqramı ilə bağlı qeyri-obyektiv şəkildə fəaliyyət göstərib. Bu cür davranış bizim üçün tamamilə qəbulolunmazdır. Deputatların fəaliyyəti, İran xalqının iradəsini əks etdirən qərarlar, BAEA-nin baş direktorunun bu haqsız, destruktiv və alçaldıcı qərarlarına təbii reaksiyadır,” – deyə İranın dölət başçısı əlavə edib.

İran parlamentinin deputatları 25 iyun tarixində İran İslam Respublikasının BAEA ilə əməkdaşlığının dayandırılması haqqında qanun layihəsini təsdiqləyib. 26 iyun tarixində İranın Konstitusiya Mühafizə Şurası qanun layihəsini qəbul edib. İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araççi bildirib ki, yeni qanun BAEA ilə əməkdaşlıq çərçivələrini aydınlaşdırıb, lakin bu, tamamilə əlaqəni kəsmir və bu məsələnin həllini ölkənin Ali Milli Təhlükəsizlik Şurasının mülahizəsinə buraxır.

İran rəhbərliyi əvvəlcə bildirmişdi ki, BAEA rəhbərliyinin İsrailin İranın mülki nüvə obyektlərinə qarşı təcavüzünü pisləməməsi, Agentliklə əməkdaşlığın dayandırılmasına səbəb ola bilər. Tehran qeyd edib ki, İsrail və ABŞ tərəfindən vurulan bütün İran nüvə obyektləri BAEA-nin nəzarətində olub, lakin Agentlik bu hücumların qarşısını almaq üçün heç bir tədbir görməyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyun 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri