Icma.az
close
up
RU
Pezeşkian bizim gözümüzdə güneyli soydaşlarımızın təmsilçisidir Elçin Mirzəbəyli

Pezeşkian bizim gözümüzdə güneyli soydaşlarımızın təmsilçisidir Elçin Mirzəbəyli

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Məsud Pezeşkianın İran İslam Respublikasının ilk azərbaycanlı prezidenti kimi Azərbaycan Respublikasına səfərinin emosional notlarla müşahidə olunması tamamilə təbii qəbul olunmalıdır".

Bunu Redaktor.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli Bakıda səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini səsləndirməsinə münasibət bildirərkən dedi.

Millət vəkili hesab edir ki, Məsud Pezeşkian bizim gözümüzdə güneyli soydaşlarımızın təmsilçisidir və ona ölkəmizin ictimai rəyində göstərilən münasibət də Güney Azərbaycan türklərinə olan həssas münasibətin təzahürüdür.

"Həm Güney, həm də Quzey Azərbaycan ədəbiyyatında, mədəniyyətində elə nümunələr var ki, bu nümunələr xalqımızın etnomədəni, etnosial mahiyyətini, həyat tərzini, dünyagörüşünü, yaşadığımız faciələri, ayrılıqları ifadə edir. Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması da belə nümunələrdən biridir. Bu baxımdan, "Heydərbabaya salam", Süleyman Rüstəmin "Təbrizim", Məmməd İsmayılın "Savalanda yatan igid", Bəxtiyar Vahabzadənin "Gülüstan" əsərlərindən, Məmməd Arazın, Söhrəb Tahirin bütöv bir millət olaraq ayrılığımızı ifadə edən şeirlərindən bir parçanı kim səsləndirirsə səsləndirsin, istisnasız olaraq, emosional qarşılanacaq. Bu, qardaşın qardaşa olan sevgisidir. 
Doğrusu, Məsud bəyin səsləndirdiyi bəndlərdə subliminal mesajlar axtarmaqdan çox uzağam. Buna ehtiyac da duymuram. Bu kimi məsələlərin siyasi tərəflərinə emosional yanaşmanı da təqdir etmirəm. Səfər isə, şübhəsiz ki, əhəmiyyət daşıyır", - deyə Elçin Mirzəbəyli vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri