Pezeşkian bu qanunu TƏSDİQLƏDİ KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunu təsdiqləyib. Qanun, İran parlamentində qəbul olunduqdan sonra prezidentin imzası ilə rəsmiləşib.
KONKRET.az xəbər verir ki, sənədə əsasən, İran nüvə obyektlərinə BAEA müfəttişlərinin girişinə məhdudiyyətlər qoyacaq və agentliklə əməkdaşlıq səviyyəsini azaldacaq. Qərarın Tehranla Qərb arasında gərginliyin artdığı bir dövrə təsadüf etməsi diqqət çəkir.
Rəsmi Tehran bu addımı “ölkənin milli maraqlarını və suverenliyini qorumaq” məqsədilə atdığını bildirir. Qərb isə bu qərarın bölgədə gərginliyi daha da artıracağından narahatdır.
Aynurə İsmayıl
KONKRET.az


