Pezeşkian həbs oluna bilər
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İran Prezidenti Məsud Pezeşkian ABŞ-də həbs oluna bilər”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Qasım Rəvanbəxş deyib.
“Biz Amerika ilə müharibədəyik, özü də bir neçə ay əvvəl qorxmadan bizim liderimizi qətlə yetirmiş və Venesuelanın Prezidentini (Nikolas Maduro) qaçırmış bir ölkə ilə. Pezeşkianın da Amerikada həbs edilməsi onun üçün heç bir problem yaratmaya bilər, amma bizim üçün bu, məğlubiyyət olardı”, - deputat bildirib.
Rəvanbəxş Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşə də diqqət çəkib:
“Tramp Pezeşkianla görüşə hazır olduğunu bəyan edib, amma ola bilər ki, bizim prezidentimizi ələ salsın və son anda görüşü ləğv edərək onu qəbul etməsin və ya bu görüş üçün şərtlər irəli sürsün. Bu halda İran rüsvay ola bilər. Görüş baş tutsa belə, Əli Xameneinin və minlərlə iranlının qatili ilə görüşməyin nə faydası var?”.
Baxış sayı:113
Bu xəbər 22 Sentyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















