Icma.az
close
up
RU
Pezeşkian hökuməti hicab qanunu ilə bağlı iş görməməsi iddiası ilə radikalların basqısına məruz qalır

Pezeşkian hökuməti hicab qanunu ilə bağlı iş görməməsi iddiası ilə radikalların basqısına məruz qalır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İran rəhbərliyi hicabla bağlı yeni qanunda ölkədə əxlaq polisinin fəaliyyətinin ləğv edilməsini planlaşdırır". Bu barədə məlumatı İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf öz “X” hesabında paylaşıb. Bununla belə, spiker sözügedən təşəbbüsün qüvvəyə minəcəyi tarixi açıqlamayıb. Məhəmməd Baqer Qalibaf bildirib ki, hicab geyinilməsi artıq ölkənin başqa bir qanunu ilə tənzimlənir.

İranda hicabla bağlı vəziyyət, hicab qanunu heç də göstərildiyi kimi deyil...

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda “hicab” qanunu ilə bağlı onun icra olunması məsələsini saxlanılıb və yaxud saxlanılmaq məcburiyyətində qalıblar: “Bu qərar ölkənin Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş bir qərardır. Bu qanunun icrası ölkədə böyük etirazlara səbəb ola bilər. Çünki o qanunun bəndlərində çox ciddi pozuntulara yol verilib və ona görə də rejim ümumiyyətlə, qorxur ki, bu qanunun icrasına başlasın. Bu səbəbdən də, İran parlamentinin sədri Məmməd Bağır Qalibaf “X” hesabında yazıb ki, yeni bir təşəbbüs əsasında istəyirlər ki, yeni bir qanun layihəsi hazırlasınlar və hicabla balı yeni bir qanun tənzimlənsin”.

Sadiq İsabəyli

Siyasi şərhçi hesab edir ki, burada bir sıra vaxt qazanmaq üçün çalışmalar da var.

“Məsud Pezeşkian hökuməti radikal qüvvələr tərəfindən hicab qanunu ilə bağlı işlərin görülməməsi iddiası ilə basqıya məruz qalır. 2024-cü ilin may ayında ölkənin məhkəmə orqanı bir layihə hazırladı və bunu dövlət orqanlarına göndərdi. Hökumətin kabinəsində bu layihə qərarlaşdırıldı ki, onu parlamentə göndərsinlər. Bu, özü qanunsuzdur. Çünki qanun layihəsini hökumət hazırlamalıdır və onu parlamentə təqdim etməlidir. Amma onu məhkəmə orqanı hazırlayıb hökumətə verib və hökumət də onu parlamentə vermək məcburiyyətində qalıb. 15 maddəli maddədən ibarət ilk qanun layihəsi parlamentə göndəriləndən ona bir sıra dəyişikliklər edildi və parlamentdə hüquqi komissiya yaradıldı. Bu hüquqi komissiyanın altı nəfər üzvü bu layihənin 15 maddəsinə əlavə olaraq, maddələr artırdılar və bu da 70 maddəni əhatə etdi. Bütün bunların da hamısı gizli şəkildə həyata keçirilirdi. Yəni parlamentə bu mövzuları çıxarmırdılar. Qanun layihəsində hansı maddələrin yazılması ilə bağlı heç bir məlumat verilmirdi. Qeyd edilirdi ki, bunu hətta parlamentin açıq müzakirəsinə də çıxarmaq olmaz. Bu da Konstitusiyanın 85-ci maddəsinin pozulması ilə əlaqələndirilirdi ki, əgər bu qanun layihəsi parlamentə müzakirəyə çıxarılmırsa, Konstitusiyaya ziddir. Amma o radikal qüvvələr deyirdilər ki, bu, çox həssas bir mövzu olduğuna görə, Konstitusiyanın 72-ci maddəsinə əsasən parlament nümayəndələri belə zəruri zamanlarda bu kimi qanun layihəsinin yazılmasını bir qrup heyətə - 6 nəfərlik heyətə verə bilər. Və bunun əsasında danışdılar ki, =bu qanun layihəsinin necə yazılmasını, necə hazırlanmasını və hansı maddələrdən ibarət olduğunu ört basdır etsinlər. Nəticədə parlamentin hüquqi komissiyası bu 70 maddəlik qanun layihəsini hazırladı və onu ölkənin Nəzarət Şurasına göndərdi. Orada da qərar belə alındı ki, üç il müddətinə yoxlanış üçün hicabla bağlı qanun layihəsi icraya qoyulsun və görülsün ki, bunun icraya qoyulmasında necə onu həyata keçirmək olar. Bu qərarı Nəzarət Şurası təsdiqlədi”-deyən Sadiq İsabəyli qeyd edib ki, bundan sonra parlament Məsud Pezeşkian hökumətinə göndərdi ki, hökumət bu layihəsinin icrasına başlasın.

“Pezeşkian vətəndaşlarla bu məsələ ilə bağlı üz-üzə gəlmək istəmədiyini bildirdi. Prezident qeyd etdi ki, “Onsuz da bizim ciddi iqtisadi, ictimai, siyasi böhranlarımız var və bu böhranların içində mən belə bir qanunun icrasını həyata keçirə bilmərəm”. Bundan sonra qanun ölkənin Ali Təhlükəsizlik Şurasına göndərildi və aparılan müzakirələrdən sonra qərara alındı ki, hicabla bağlı qanunun icrası durdurulsun. Bu zaman bir sıra həm parlament üzvləri, millət vəkilləri və radikal qüvvələr, dinçilər, həmçinin onların havadarları etirazlara başladılar. Ölkə parlamentinin sədrinə məktublar ünvanladılar, parlamentdə etirazlar keçirdilər. Hətta tərəfdarlarına bir sıra maliyyə və yaxud maddi qaynaq saxladılar ki, parlamentin qabağında etiraz oturumu keçirsinlər. Həmin dövrdə hicablı qadınlar parlamentin qarşısına yığışdılar, uşaqlarını da götürdülər. Bir sıra mollalar da orada iştirak etdi. Bu zaman parlamentin sədri Məhəmməd Bağır Qalibafa etiraz etdilər ki, “Niyə bu qanunun icrası ilə bağlı Məsud Pezeşkian hökumətindən tələb eləmirsən ki, bunun icrasına başlanılsın?”. Bu zaman elan edildi ki, layihə artıq Ali Milli Təhlükəsizlik Şurasının qərarı əsasında dayandırılıb”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Mart 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri