Pezeşkian: “İran nüvə silahı yaratmağa çalışmayacaq”
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İran heç vaxt nüvə silahı yaratmağa çalışmayacaq”.
Bizim.Media “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi ilə görüşdə deyib.
“Dəfələrlə qeyd etdiyimiz kimi, biz Ali Rəhbərin fətvasına əsaslanaraq, heç bir şəkildə nüvə silahı yaratmağa çalışmamışıq və yaratmayacağıq”, - deyə prezident bildirib.
İran lideri qeyd edib ki, İran AEBA ilə əməkdaşlıq çərçivəsində öz nüvə proqramının sülh məqsədli olmasını sübuta yetirməyə hazırdır.
Xatırladaq ki, Rafael Qrossi COP29 çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında İranla əlaqələri yenidən bərpa etdiklərini bildirmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Noyabr 2024 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















