Pezeşkian İranda uşaqlara türk adlarının qoyulmasına qoyulan qadağanın aradan qaldırılmasına göstəriş verib
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
İran prezidenti Məsud Pezeşkian İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı başlatılan “Balamın adı” kampaniyasına cavab verib.
Bu barədə Oxuməni.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir.
Məlumata görə, Pezeşkian 15 761 imzanın toplandığı petisiyanı nəzərə alaraq, Vətəndaşların Dövlət Qeydiyyatı İdarəsinə adlarla bağlı qadağaları öyrənib aradan qaldırmağı tapşırıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan türkləri arasında uşaqlara türk adlarının rəsmi tanınması ilə bağlı problem yaranmışdı. Bununla bağlı vətəndaşlar “Balamın adı” kampaniyasına başlayıb və prezident Məsud Pezeşkiana, daxili işlər naziri və parlamentin sədrinə açıq məktub göndəriblər.
Təşkilatçılar qeyd edirlər ki, kampaniyanın məqsədi İranın Vətəndaşlıq Qeydiyyatı Qanununun 20-ci maddəsini dəyişdirməkdir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















