Pezeşkian Putini məlumatlandırdı Telefon ZƏNGİ
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian telefon danışığı aparıblar. Sherg.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər ABŞ və İsrailin İrana qarşı hücumlarını müzakirə ediblər. Putin hücumlar nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei, onun ailə üzvləri və hərbi-siyasi rəhbərlik nümayəndələrinin həlak olması, eləcə də çoxlu sayda mülki şəxsin həyatını itirməsi ilə bağlı başsağlığı verib.
Dialoq zamanı Rusiya tərəfi münaqişənin dərhal dayandırılmasının və məsələlərin hərbi yolla deyil, siyasi və diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb.
Pezeşkian isə Rusiyanın İran xalqı ilə həmrəyliyinə görə təşəkkür edib və müharibənin gedişi barədə məlumat verib. Tərəflər əlaqələrin müxtəlif kanallar vasitəsilə davam etdirilməsi barədə razılığa gəliblər.
Baxış sayı:104
Bu xəbər 07 Mart 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















