Pezeşkian sükutu pozdu: İstefa verməyəcəm, sonadək…
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, IRNA Pezeşkianın ictimaiyyətə müraciətinin video görüntülərinin bir hissəsini yayımlayıb.
İstefa verdiyi və ya verəcəyi ilə bağlı iddialara cavab olaraq Pezeşkian deyib: "Əgər istefa versəm, bunu açıq şəkildə elan edərdim. Mən istefa verməyəcəyəm, mübarizə aparacağam".
Pezeşkian həmçinin İran lideri Müctəba Xamenei və Silahlı Qüvvələr ilə fikir ayrılıqları olduğuna dair iddiaları rədd edərək, onların Silahlı Qüvvələr ilə tam harmoniya içində işlədiyini bildirib.
Pezeşkian bildirib ki, hər hansı ixtilaf yaranarsa, o zaman Silahlı Qüvvələrin Xameneinin tərəfini tutacağı hamıya məlumdur.
Pezeşkian bəzi dairələrin İran lideri ilə prezident arasında fikir ayrılığı olduğu barədə təsəvvür yaratmağa çalışdığını bildirsə də, bu iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Qeyd edək ki, bəzi İran media orqanları Pezeşkianın əvvəllər bir neçə dəfə Xameneiyə istefa ərizəsi təqdim etdiyini iddia edib.
Mürtəza
Baxış sayı:142
Bu xəbər 04 Avqust 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















