Icma.az
close
up
RU
Pezeşkian TDT nin Qəbələ sammitinə dəvət oluna bilər? REAKSİYA

Pezeşkian TDT nin Qəbələ sammitinə dəvət oluna bilər? REAKSİYA

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının sammiti 6–7 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcək. Belə sammitlərə adətən, dost və yaxın ölkə liderləri dəvət olunurlar. TDT üzvü olmayan Türkmənistan Ali Məşvərət Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov da sammitə dəvət olunub

Son günlər Azərbaycanla İran münasibətlərində müsbət tendensiya müşahidə edilməkdədir. İki ölkənin prezidentləri arasında münasibətlər yüksək səviyyədədir. Hətta Prezident İlham Əliyev ötən gün Əl-Cəzirə telekanalına müsahibəsində Pezeşkian barədə də danışıb. Ölkə başçısı Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı münasibətini yüksək qiymətləndirib.

“Biz onunla çox yaxşı işgüzar münasibətlər qurmuşuq. Bəli, siz tamamilə haqlısınız, o, azərbaycanlıdır. O mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”,- Preziden qeyd edib.

Bütün bunları nəzərə alanda, İran Prezidentinin də Qəbələdə keçiriləcək TDT dövlət başçılarının Sammitinə dəvət olunacağını gözləmək olarmı?

Sabiq diplomat Nəsib Nəsibli Modern.az-a bildirib ki, Pezeşkianın TDT dövlət başçılarının sammitinə dəvət olunması mümkündür:

“Prezident Pezeşkianın kimliyi, onun yürütdüyü siyasətlə, İran dövlətinin mahiyyəti arasında çox böyük fərq, hətta ziddiyət var. Onları birləşdirib bir yerdə tutmaq düzgün deyil. Əvvəla Pezeşkian birinci şəxs deyil. Ölkəni əlbəttə, o rəsmən təmsil edir, dövlət adından danışa bilir. Amma, ümumilikdə, türk birliyi İranda çoxluq tərəfindən bu ölkənin gələcəyinə təhdid kimi dərk edilir. Ona görə Məsud Pezeşkianın Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Sammitinə dəvət edilməsi mümkündür. Amma əcaba onun burada iştirakı Türk Dövlətləri Təşkilatına və doktor Pezeşkianın özünə xeyir verərmi? Məncə, ən azından indiki mərhələdə belə bir təşəbbüsə ehtiyac yoxdur. Bir vaxtlar hətta Rusiya Federasiyası da müşahidəçi qismində iştirak etmək istəyirdi. Xatırladığım qədər rəsmi müraciət də etdilər. Amma Rusiya "filin oyuncaq dükanına girməsi" kimi bir şey ola bilərdi. Rusiya elə bir fildir ki, girdiyi yeri dağıda bilər. Amma gələcəkdə bəlkə İran üçün bu mümkün olar”.

Sabiq diplomatın fikrincə, İranın TDT-yə üzv olması da normaldır:

“Əgər İrandakı gedişat türk düşmənçiliyi istiqamətində davam etməsə, türk birliyini gerçəklik kimi qəbul edib vəziyyətlə barışmış olsalar, situasiya dəyişə bilər. İranın türk birliyi ilə bağlı yanaşması ziddiyətlidir. Çünki bu ölkənin əhalisinin ən azı 40%-i türkdür. Onun Türk Dövlətləri Təşkilatında təmsil olunmasında da bir məntiq tapmaq mümkündür. Niyə iqtisadi əməkdaşlıq təşkilatında birləşə bilirik, burada yox? Nədən olmasın? Yəni müxtəlif təşkilatlarda bir yerdə olmaq çox normal bir işdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri