Icma.az
close
up
RU
Pezeşkiandan diqqətçəkən Zəngəzur mesajı Üç istək var

Pezeşkiandan diqqətçəkən Zəngəzur mesajı Üç istək var

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycanla münasibətlərdə bir çox vacib nüanslara toxunub.

O, iki ölkənin tarixi bağları olduğunu, bir-birinə dəstək göstərə biləcəyini söyləyib. Pezeşkian Tehranın hər zaman Bakının hüquqlarını müdafiə etdiyini, Azərbaycana qəribliyinin olmadığını, ölkəmizə səfəri zamanı da bunun hiss ediləcəyini bildirib. Həmçinin İranla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin hədəfləndiyini vurğulayıb.

Müsahibə zamanı səmimi davranışları və şeir səsləndirməsi isə xüsusi diqqət çəkib.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Pezeşkian nəzərdə tutulan səfərin Bəndər Abbas bölgəsində baş verən güclü partlayış səbəbindən təxirə salınacağı barədə yayılan bəyanatların əksinə olaraq artıq Azərbaycandadır:

“İran prezidentinin bu səfəri, həqiqətən də, ölkəsi üçün çox ağır bir vaxta təsadüf edir. Sözsüz ki, İranın çətin günündə xarici səfərə çıxdığına görə ona müxalif olan qüvvələr Pezeşkianı tənqid edəcəklər. Bununla belə, o, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə ciddi əhəmiyyət verdiyini bir daha sübuta yetirdi.

İran prezidenti AzTV-yə verdiyi müsahibədə Bakı ilə bağlı mövqeyini çox detallı şəkildə izah edə bilib. Bu müsahibə onun, həqiqətən, iki ölkə arasında əlaqələrin daha da yüksək səviyyəyə qaldırılmasına necə can atdığını bir daha nümayiş etdirir.

İlk növbədə, Məsud Pezeşkian Bakıya səfəri ərəfəsində Azərbaycan Televiziyasına (AzTV) verdiyi eksklüziv müsahibəsində Tehran və Bakı arasında ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O, İranın Azərbaycanla münasibətlərin genişləndirilməsinə çalışdığını bildirərək ortaq dini və mədəni əlaqələrin mövcudluğunu önə çəkib. Pezeşkian bu əlaqələri daha da möhkəmləndirmək üçün əvvəlki prezidentlərin dövründə əldə edilmiş razılaşmaları həyata keçirmək arzusunu ifadə edib.

İran lideri xüsusilə Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi (INSTC) kimi tranzit marşrutlarında birgə layihələrin inkişafının tərəfdarı olduğunu bildirib, enerji və kənd təsərrüfatı sektorlarında əməkdaşlıq potensialını vurğulayıb”.


Əlimusa İbrahimov

Politoloq bildirib ki, Pezeşkian Cənubi Qafqazda qeyri-regional güclərin müdaxiləsinə qarşı xəbərdarlıq edib:

“O, regional ölkələrin öz təhlükəsizliklərini təmin etmək və mövcud problemlərin dialoq yolu ilə həllinə nail olmaq üçün əməkdaşlığın vacibliyini vurğulayıb. Pezeşkian İranın milli sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyini bir daha təkrarlayıb. Prezident regional sərhədlərdə hər hansı dəyişikliyin qəbuledilməz olduğunu bildirib. Həmçinin İran və Azərbaycan xalqları arasında ünsiyyət və mübadilənin asanlaşdırılmasının vacibliyini vurğulayaraq belə qarşılıqlı əlaqələrin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

Prezident Pezeşkianın sözləri Azərbaycanla qarşılıqlı hörmət, ortaq maraqlar və regional əməkdaşlığa əsaslanan çoxşaxəli tərəfdaşlığın təşviqinə sadiqliyini əks etdirir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:346
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri