Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək
Olke.az saytına istinadən Icma.az xəbər verir.
İranda iqtisadi problemlər və yüksək inflyasiya xalqa mənfi təsir göstərir, çətinlikləri artırır və xarici təzyiqlər də mövcuddur. Əgər bu böhranlı vəziyyəti tezliklə aradan qaldıra bilməsək, o zaman bizi çətin günlər gözləyir.
Ölkə.az “Entekhab”a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezaşkian Nazirlər Kabinetinin iclasında deyib.
Prezident Pezeşkian İrandakı iqtisadi problemlərin və yüksək inflyasiyanın xalqa mənfi təsir etdiyini bildirərək deyib: "İnsanlar dolanışıqlarını təmin etmək üçün mübarizə aparırlar. Bundan əlavə, xarici təzyiqlər də var. İranın düşmənləri iqtisadi təzyiqin artırılmalı olduğunu deyirlər. Cəmiyyətimiz yaralanıb və bu yara sağalmazsa, bütün cəmiyyətə təsir edə bilər".
Pezeşkian həmçinin 28 dekabr 2025-ci ildə İranda başlayan etirazlar zamanı həbs olunan sənətçilərlə bağlı açıqlamalar verib. Kəşfiyyat Nazirliyinə həbs olunan hər hansı sənətçinin işini araşdırmağı tapşırdığını bildirib. Məsələni diqqətdə saxladığını və tezliklə həll olunacağını qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















