Icma.az
close
up
RU
Pezeşkianın azərbaycanlı fəallarla görüşü paniranistləri qəzəbləndirdi VİDEO

Pezeşkianın azərbaycanlı fəallarla görüşü paniranistləri qəzəbləndirdi VİDEO

Icma.az, Publika.az saytına istinadən bildirir.

Noyabrın 9-da İran prezidenti Məsud Pezeşkian öz iqamətgahında Güney Azərbaycan milli-mədəni fəallarının bir qrupu ilə görüşüb. Yayılan məlumatlara görə, görüşdə Güney Azərbaycanın sosial-iqtisadi, ekoloji və mədəni problemləri müzakirə olunub.

O cümlədən, Təbriz İstilik Elektrik Stansiyasının ətraf mühiti çirkləndirməsi, Urmiya gölünün vəziyyəti, bölgənin artan tələbatını ödəmək məqsədilə Təbrizdə ikinci neft emalı zavodunun qurulması, Təbriz-Zəncan avtomobil yolunun təmiri, regiona dövlət və özəl investisiyaların qoyuluşu, Təbrizdə Azərbaycan Musiqisi Konservatoriyasının yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş iştirakçılarından biri, tanınmış milli fəal Yunis Təbrizlinin yazdığına görə, bir saat davam edən görüşdə İrandakı etnosların problemlərinə diqqət yetirilməsi müzakirə edilən əsas məsələlər sırasında olub. Əlbəttə, bu ilin iyul ayında özünün türk və azərbaycanlı kimliyinə davamlı vurğu etməklə prezident seçilmiş Məsud Pezeşkianın öz proqramına uyğun olaraq Güney Azərbaycan təmsilçiləri ilə görüşüb regionun müxtəlif problemlərini müzakirə etməsindən təbii heç nə ola bilməz.

Lakin ölkədəki xəstə təfəkkürlü paniranist dairələr bu hadisəni hədsiz qəzəblə qarşılayıblar. Görüş barədə xəbər yayılan kimi, sosial şəbəkələrdə güneyli fəallar əleyhinə kin və nifrət dolu paylaşımlar baş alıb gedib. İran mediasının bəlli bir kəsimi də bu prosesə qoşulub.

Əsasən ziyalı insanlardan ibarət olan güneyli fəallar haqqında aşağılayıcı ifadələr işlədilməklə, onlar "pantürkist" və "separatçı" adlandırılıb və bir qrup azərbaycanlının prezident iqamətgahına ayaq basması az qala ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə qəsd kimi qələmə verilib. Noyabrın 10-da "Fəraz" internet qəzetinin yaydığı "Qurd balalarını prezident administrasiyasına kim buraxıb?" başlıqlı videosüjet bu yanaşmanı bütün eybəcərliyi ilə ortaya qoyub.

Fars şovinizminin mənfur simasının bir daha göründüyü bu kampaniyada ölkə prezidenti Məsud Pezeşkianın ünvanına da müxtəlif ittihamlar, sərt tənqidlər, hətta təhqirlər səsləndirilib.

Ətraflı "Azad İran"ın süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Noyabr 2024 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see145

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see138

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see137

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see131

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see125

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see123

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see122

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see120

Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü KONKRET

15 Aprel 2025 23:24see120

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see118

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see118

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see117

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see114

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see112

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see110

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see108

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see108

Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub

15 Aprel 2025 23:30see108

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri