Icma.az
close
up
RU
Pezeşkiyanın azərbaycanlı fəallarla görüşü paniranistləri qəzəbləndirib Xəbər saytı Son xəbərlər və Hadisələr

Pezeşkiyanın azərbaycanlı fəallarla görüşü paniranistləri qəzəbləndirib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 9-da İran prezidenti Məsud Pezeşkiyan öz iqamətgahında Güney Azərbaycan milli-mədəni fəallarının bir qrupu ilə görüşüb. Yayılan məlumatlara görə, görüşdə Güney Azərbaycanın sosial-iqtisadi, ekoloji və mədəni problemləri müzakirə olunub.

O cümlədən, Təbriz İstilik Elektrik Stansiyasının ətraf mühiti çirkləndirməsi, Urmiya gölünün vəziyyəti, bölgənin artan tələbatını ödəmək məqsədilə Təbrizdə ikinci neft emalı zavodunun qurulması, Təbriz-Zəncan avtomobil yolunun təmiri, regiona dövlət və özəl investisiyaların qoyuluşu, Təbrizdə Azərbaycan Musiqisi Konservatoriyasının yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, görüş iştirakçılarından biri, tanınmış milli fəal Yunis Təbrizlinin yazdığına görə, bir saat davam edən görüşdə İrandakı etnosların problemlərinə diqqət yetirilməsi müzakirə edilən əsas məsələlər sırasında olub. Əlbəttə, bu ilin iyul ayında özünün türk və azərbaycanlı kimliyinə davamlı vurğu etməklə prezident seçilmiş Məsud Pezeşkiyanın öz proqramına uyğun olaraq Güney Azərbaycan təmsilçiləri ilə görüşüb regionun müxtəlif problemlərini müzakirə etməsindən təbii heç nə ola bilməz.

Lakin ölkədəki xəstə təfəkkürlü paniranist dairələr bu hadisəni hədsiz qəzəblə qarşılayıblar. Görüş barədə xəbər yayılan kimi, sosial şəbəkələrdə güneyli fəallar əleyhinə kin və nifrət dolu paylaşımlar baş alıb gedib. İran mediasının bəlli bir kəsimi də bu prosesə qoşulub.

Əsasən ziyalı insanlardan ibarət olan güneyli fəallar haqqında aşağılayıcı ifadələr işlədilməklə, onlar "pantürkist" və "separatçı" adlandırılıb və bir qrup azərbaycanlının prezident iqamətgahına ayaq basması az qala ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə qəsd kimi qələmə verilib. Noyabrın 10-da "Fəraz" internet qəzetinin yaydığı "Qurd balalarını prezident administrasiyasına kim buraxıb?" başlıqlı videosüjet bu yanaşmanı bütün eybəcərliyi ilə ortaya qoyub.

Fars şovinizminin mənfur simasının bir daha göründüyü bu kampaniyada ölkə prezidenti Məsud Pezeşkiyanın ünvanına da müxtəlif ittihamlar, sərt tənqidlər, hətta təhqirlər səsləndirilib.

Ətraflı "Azad İran"ın süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2024 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri