Pezeşkianın problemin həlliylə bağlı sonrakı cümləsi ümidin yalnız yağışın yağmasından ibarət olduğunu göstərib
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"İranda illərdir kim Prezident seçilirsə, “Urmiya gölünün ekoloji problemini həll edəcəm” vədini verir, seçiləndən sonra vədini unudur və problem dərinləşməkdə davam edir. Prezidentlərdən biri gölün ekoloji probleminin həlli məqsədilə yaponiyalı mütəxəssisləri prosesə cəlb edəcəyini bildirmişdi, ancaq nə yaponlar gəldi, nə də vəziyyətdən çıxış yolları arandı".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu dəfə məsələylə yeni Prezident Məsud Pezeşkian məşğul olacağını vəd verib:
"O birbaşa Urmiya gölünü ziyarət edərək, elə oradaca jurnalistlərə deyib ki, “gölün vəziyyətini yaxşılaşdırmaq üçün universitet professorlarının, tədqiqatçılarının və mütəxəssislərinin dəstəyindən və köməyindən istifadə etməyə çalışırıq”. Ancaq Prezidentin problemin həlliylə bağlı sonrakı cümləsi ümidin yalnız yağışın yağmasından ibarət olduğunu göstərib. “Yağışlar Urmu gölünün vəziyyətinin yaxşılaşdırılmasında çox mühüm rol oynayır” – deyən Pezeşkian yağıntıların artmasının gölün canlanmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib. Məsud Pezeşkian Urmiya gölü barədə açıqlamalar verərkən, Urmiya şəhərindəki etirazlarla bağlı açıqlama verməyib. Hər halda etirazın səbəbi ona bəllidir, ancaq hələ ki, reaksiya yoxdur".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















