Icma.az
close
up
RU
SƏBİR VƏ ÜMİDİN YURDU:ZÜLMƏ BAŞ ƏYMƏYƏN NAXÇIVAN

SƏBİR VƏ ÜMİDİN YURDU:ZÜLMƏ BAŞ ƏYMƏYƏN NAXÇIVAN

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

 Nurəddin İsmayıl

Salam, canımız Azərbaycanın bağrından qopub, onun ana qoynundan namərd əliylə uzaq düşən Naxçıvan. On illərdir anklavda – coğrafi təcriddə qalıb, olmazın əzablarına, məşəqqətlərinə sinə gərən Naxçıvan. 

Quru yolları üzünə bağlanan, hava yoluna gediş-gəlişi əsəbi, ikiqat, üçqat əlavə xərci, qan bahasına başa gələn, yollarda, baxımsız gözləmə məntəqələrində övladları hər cür xəstəlik tapan Naxçıvan. Kəndləri boşalan, qurulu evlərinin qapılarından qara qıfıllar asılan, insanları bir qarın ruzi üçün cəlayi-vətən olan Naxçıvan. 

Qışı donduran, yayı yandıran sərt kontinental iqlimin ağırlığını çiynində daşıyan, illərlə qazsız, işıqsız, yanacaqsız qalıb, mal təzəyindən, kərmədən ocaq çatan, təndir qalayan, çörəklə, qarın dolusu yeməklə, adi dolanışıqla imtahana çəkilən Naxçıvan. 

Otuz il Talıbovlar nəslinin başında qoz sındırdığı, onun tayfa qoruyucusu qəddar polisinin dəyənəyinə, işgəncəsinə məruz qalan, hər nəfəri bu başıpozuq tayfanın zülmündən nəsibini alan, şəsti, qaməti əydirilən, azad ruhu buxovlanan, dinib-danışanın, haqqını tələb edənin yeri amansız cəza üsullarının tətbiq edildiyi zindan olan Naxçıvan. Quduzlaşmış, paytaxtla hesablaşmayan Talıbovların, şirin söhbətlərin, barın-bərəkətin, adət-ənənənin, ətri aləmə yayılan çörəklələrin ərsəyə gəldiyi təndirəsərlərinin dağıdıldığı, minlərlə insanın dolanışıq yeri olan çayxanaların, yeməkxanaların, dükanların yerlə-yeksan edildiyi Naxçıvan. 

Adi vətəndaşdan tutmuş məmuruna qədər hər kəsin Lenin iməcliklərində qul kimi istismar edildiyi, yaşıllaşmaya ayrılan vəsaitlərin onların qul əməyinin hesabına ödənildiyi, güdükçülərin, iş verənlərin xofunun yaşandığı, gömrüyündə, vergisində qansoranların xalqın başına olmazın müsibətini açdığı Naxçıvan. İnanclı, etiqadlı, özünə məxsus həyat tərzi olan Bənəniyar adlı qosqoca bir kəndin üstünə quduz itlər sürüldüyü, tankla, topla gedildiyi, qıza, gəlinə, uşağa, qocaya baxmadan divan tutulduğu, bu işgəncələrdə, ölümcül döyülmələrdə təkcə adi polisin deyil, zamanında Naxçıvanda at oynadan keçmiş polis şefi Əhməd Əhmədovun birbaşa iştirak edib göz dağı verdiyi Naxçıvan. Vasif Talıbovun qardaşının, oğlanlarının nəinki xalq hərəkatından çıxan insanların, hətta mərhum Heydər Əliyevə arxa-dayaq olan, ləyaqət və şərəfini qorumaqdan çəkinməyən nazirlərin, nazir müavinlərinin üstünə hücum çəkildiyi, muxtar respublikada dərin hörmət qazanan Baş Nazirin müavini M. Abbasovun vəzifədən uzaqlaşdırıldığı, xeyriyyəçi kimi tanınan, “Laba” ləqəbli M. Əhmədovun evinin buldozerə verilib dağıdıldığı Naxçıvan.

Otuz illik Talıbovlar zülmündən qurtulub son üç ildə başıpozuq, idarəçilikdən uzaq, rüşvətdə əli iti, ütülü, namus-qeyrət timsalı olan bölgəni fahişə qadın yığınağına döndərən Fuad Nəcəfli dərəbəyliyindən növbəti zərbəni alan Naxçıvan.

Necə dözdün, necə tab gətirdin başına gətirilən siyasi oyunlara, iqtisadi sınaqlara, əsəbini tarıma çəkənlərə, qədim tarixinə, örfünə, adət-ənənənə kəm baxanlara, səni çörəklə imtahana çəkənlərə, övladlarını dərbədər edənlərə, ləyaqətli insanlarını zindanlarda çürüdənlərə, bacarıqlı, işgüzar vətəndaşlarını İstanbulun arxa sokaklarında dilənçi həyatına sürükləyənlərə, məzhəbçi İranın tənəli, minnətli yardımına boyun əydirənlərə, millətimizə qənim kəsilən Rusiyanın ölüm cənginə atanlara? 

Amma dözdün – ləyaqətini, şərəfini, ucalığını itirmədən, quduz bir tayfaya baş əymədən; bu qədər zülm, əzab içində düşmənə bir qarış torpaq itkisi vermədən; Cavid ruhuna, Məmməd Araz əyilməzliyinə xələl gətirmədən; böyük Azərbaycan sevgisindən bir an geri durmadan.

Qaranlıqdan işıqlığa doğru yolun uğurlu olsun, Naxçıvanımız.
16.11.2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Noyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri