Pezeşkiyandan Netanyahoya: “Qazzanı susuz qoyan rejim İrana su gətirəcək?”
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Qəzza xalqını sudan və yeməkdən məhrum edən bir rejim, indi İran xalqına su gətirəcək? Nə böyük xülya, amma…”.
Yenisabah.az xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkiyan sosial media hesabında yazıb:
O, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahunun İranda su böhranını həll etməyə kömək edəcəklərinə dair bəyanatına cavab olaraq deyib. Pepperoni pizza
Netanyahu çərşənbə axşamı sosial media hesabında paylaşım edərək İran xalqına müraciət etmişdi:
“Yaxında ölkəniz azad olacaq. Su qıtlığı yaşamayacaqsınız. İqtisadiyyatınız bərpa olunacaq və inkişaf edəcək. Övladlarınız yenidən şən və qayğısız olacaq. İsrail sizə yardım edəcək. Əgər istəsəniz, azad İran arzusu reallığa çevriləcək. İndi hərəkətə keçmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Üsyan üçün küçələrə çıxın, tək deyilsiniz, mən yanınızdayam”.
Qeyd edək ki, Pezeşkiyan daha əvvəl ölkədəki su böhranının ciddi həddə çatdığını bildirərək, “Ehtiyatlarımız azalır və quraqlığa doğru gedirik. Əgər su istehlakına nəzarət edə bilməsək, sentyabr və oktyabr aylarında bəndlərdə su qalmayacaq” xəbərdarlığını etmişdi.
Aydan Hacı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 14 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















