Icma.az
close
up
RU
Pianoçu Gülnarə Səfərova: Qara Qarayevin yaradıcılıq irsi Yaponiyada nəşr olunacaq MÜSAHİBƏ

Pianoçu Gülnarə Səfərova: Qara Qarayevin yaradıcılıq irsi Yaponiyada nəşr olunacaq MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 fevral, Anara Axundova, AZƏRTAC

Artıq müəyyən bir müddətdir ki, Yaponiyanın musiqi notu satılan mağazalarında musiqisevərlərə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin not topluları təqdim edilir. Bu layihə soydaşımız, pianoçu, beynəlxalq müsabiqə laureatı, pedaqoji elmlər doktoru, dosent, Azərbaycan musiqisinin Yaponiyada təbliğatçısı Gülnarə Səfərovanın təşəbbüsü ilə həyata keçirilib.

Soydaşımız AZƏRTAC-ın müxbiri ilə söhbəti əsnasında öz fəaliyyəti və 2025-ci il üçün planları haqqında danışıb.

- Gülnarə xanım, Azərbaycan musiqisinin Yaponiyada təbliği istiqamətində fəaliyyətiniz necə başladı?

- Yaponiyaya köçəndə anladım ki, yaponlar bizim musiqimiz haqqında çox az şey bilirlər. Konsertlər vasitəsilə Azərbaycan musiqisini təbliğ etməyə başladım. Xüsusilə, biz yapon musiqiçiləri ilə birgə Qara Qarayevin musiqisini ifa etməyə başladıq və hər dəfə gözəl rəylər aldıq. Dinləyicilər soruşmağa başladılar: bu nə musiqidir, notları haradan əldə etmək olar, səs yazılarını necə dinləyə bilərəm?

2018-ci ildə Tokioda baş tutan və bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunmuş konserti ayrıca qeyd etmək istərdim. Proqram Qara Qarayev və Dmitri Şostakoviçin “müəllim (Şostakoviç) – tələbə (Qarayev)” tematik kontekstindəki əsərlərindən ibarət idi. 2021-ci ildə isə Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş, proqramında Qara Qarayevin musiqisinin xüsusi yer tutduğu Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət növbəti böyük qala-konsert təşkil etdim. Bu konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin premyera çıxışı oldu, həmçinin o vaxt çapa hazırlanmaqda olan kvartet notlarının ilkin nüsxəsi nümayiş etdirildi.

- Notların nəşr edilməsi ideyası necə yarandı?

- Qarayevin musiqisi Yaponiyanın musiqi dairələrində getdikcə daha çox maraq oyatmağa başladı və bu, məni bəstəkarın notlarını yapon musiqiçilərinə və musiqisevərlərə təqdim etməyin zəruriliyi barədə düşünməyə sövq etdi. Canlı ifa çox vacibdir, lakin əlində ifa olunan əsərlərin nəşr olunmuş notları olanda, bu, gələcək illər üçün musiqini daha geniş şəkildə təbliğ etmək imkanı verir. Üstəlik, bu, yaponlar üçün başa düşülən bir nəşr olmalı, yəni Qarayevin musiqi dünyasına qısa bir ekskursiya, yalnız ingilis dilində deyil, həm də yapon dilində çıxış üçün annotasiya və izahatlar da əlavə edilməli idi. Yaponiyanın ən böyük musiqi nəşriyyatlarından biri olan ZEN-ON ilə əlaqə qura bildim. Mən onlara ideyamızı çatdırdım, eyni zamanda, Qara Əbülfəz oğlunun ailəsi – oğlu Fərəc Qarayevlə əlaqə saxladım və icazə istədim ki, biz bu layihəyə başlayaq. Fərəc Qarayev bizi məmnuniyyətlə dəstəklədi və 2023-cü ildə Qara Qarayevin notlarının Yaponiyada nəşri layihəsinə start verildi. Bu, uzunmüddətli layihədir, yəni yaxın bir neçə il ərzində Qara Qarayevin bütün yaradıcılıq irsi tədricən Yaponiyanın ZEN-ON musiqi nəşriyyatı tərəfindən nəşr olunacaq, həmçinin təkcə Yaponiyanın deyil, həm də dünyanın musiqi mağazalarında satışa çıxarılacaq. İlk “blokda” “Don Kixot” və “Yeddi gözəl” baletlərinin süitaları, Simli Kvartet, 2024-cü ilin avqustunda isə Qara Qarayevin fortepiano əsərlərindən ibarət toplusu nəşr olundu. Kolleksiyadakı fortepiano əsərlərinin ifasına dair metodiki göstərişləri yazmaq da mənə tapşırıldı və buna görə xüsusilə şadam.

- Layihənizin ideyasını kimlər dəstəklədi?

- Dediyim kimi, ilk növbədə, bəstəkarın ailəsi - oğlu Fərəc Qarayev və qızı Züleyxa Qarayeva-Bağırova. Fərəc Qarayev qeydlərin yoxlanılması və redaktə edilməsi kimi zəhmət tələb edən işi öz üzərinə götürdü. Züleyxa xanım isə notun nəşri münasibətilə bəstəkarın ev-muzeyində gözəl yaradıcılıq gecəsi təşkil etdi. Qeyd edim ki, layihəmiz Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənib. Qarayevin əsərlərinin ilk “blokunun” nəşri və bu münasibətlə qala-konsert də bu qurumun dəstəyi ilə baş tutub.

Hər hansı bir işdə olduğu kimi, bu fəaliyyətdə də etibarlı “arxa” olması vacibdir. Bütün musiqi işlərimdə, o cümlədən “Qarayev layihəsi”ndə məni milliyyətcə yapon olan ərim dəstəkləyir. O, yapon dilinə tərcümələrdə mənə köməklik göstərir və işgüzar əlaqələr zamanı məni müşayiət edir. Deməliyəm ki, Yaponiyada işgüzar münasibətlər bir qədər fərqli qurulub: ünsiyyətin, dialoqun və danışıqların özünəməxsus xüsusiyyətləri, incəlikləri var. Bu mənada həyat yoldaşım mənə çox kömək edir. Yeri gəlmişkən, o da musiqiçidir, fleyta ifaçısıdır və bizim musiqi əsərlərini ifa etməkdən həzz alır!

Təbii ki, Azərbaycan musiqisini böyük zövqlə və yaradıcılıq fədakarlığı ilə ifa edən yapon musiqiçi həmkarlarımı da qeyd etməyə bilmərəm.

- Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin medalı ilə təltif olundunuz. Həyatınızda baş verən bu əlamətdar hadisəyə münasibətiniz necədir?

- Bu, mənim üçün böyük şərəfdir! Təbii ki, həm də böyük məsuliyyət deməkdir. Belə oldu ki, Yaponiyada Azərbaycan musiqisini təbliğ edən ilk və indiyə qədər yeganə azərbaycanlı musiqiçiyəm. Başladığım işi davam etdirmək niyyətindəyəm. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan bəstəkarlıq məktəbi Yaponiyanın klassik musiqi aləmində özünəməxsus yer tutacaq və XX əsrin dünya klassikləri ilə bərabər səviyyədə olacaq.

Azərbaycan musiqisinin Yaponiyada təbliğində daha bir mühüm addım Qarayevin əsərlərinin hər il Tokioda keçirilən gənclərin fortepiano müsabiqəsinin məcburi proqramına daxil edilməsi ilə bağlı son uğurlu danışıqlar olub. Mən Yaponiyada keçirilən iki böyük musiqi müsabiqəsinin münsiflər heyətinin üzvüyəm. Bu günədək həmin müsabiqələrin proqramına Azərbaycan bəstəkarlarının əsərləri daxil edilməyib. Təşkilatçıların Qara Qarayevin fortepiano əsərlərinin məcburi ifa proqramına daxil edilməsi ideyası ilə maraqlanmasından çox məmnunam. Çox güman ki, bu, bu ilin sonu və ya gələn ilin əvvəlində baş verəcək, amma qərar artıq verilib və ən vacib olan da budur!

2025-ci il də bizim üçün konsertlərlə zəngindir. Bu yaxınlarda Qara Qarayevin fortepiano musiqisinə həsr olunmuş konsert keçirildi. Həmin konsert zamanı bəstəkarın fortepiano parçalarının notlar toplusu təqdim olundu. Məşhur “YAMAHA MUSIC Yokohama Minatomirai” musiqi təşkilatından konsert keçirmək təklifi aldıq. Bu il Tokioda və Yaponiyanın bölgələrində bir neçə musiqi tədbiri keçirməyi də planlaşdırırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri