Icma.az
close
up
RU
Pianoçu İslam Manafov: Ölkəmizin irsini və mədəniyyətini təbliğ etmək hər bir azərbaycanlının borcudur

Pianoçu İslam Manafov: Ölkəmizin irsini və mədəniyyətini təbliğ etmək hər bir azərbaycanlının borcudur

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 23 may, AZƏRTAC

Ölkəmizin irsini və mədəniyyətini təbliğ etmək hər bir azərbaycanlının borcudur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsinin 107-ci ildönümü münasibətilə mayın 25-də Ankarada konsertlə çıxış edəcək Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu İslam Manafov deyib.

Onun sözlərinə görə, Azərbaycan tarixində may ayı bir çox görkəmli dövlət xadimlərinin nailiyyətləri və adları ilə bağlıdır. “Xalqımıza bunun gələcəkdə də belə davam etməsini səmimi qəlbdən arzulayıram”, - deyən pianoçu iki həftə əvvəl Türkiyənin Düzcə vilayətində konsert verdiyini və burada çıxışını Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr etdiyini bildirib.

Virtuoz pianoçu bildirib ki, hazırkı proqramı hazırlayarkən dünyaşöhrətli bir çox tanınmış mədəniyyət xadimlərinin çıxış etdiyi Ankaradakı Türkiyənin Prezident Simfonik Orkestrinin tarixi səhnəsini seçib.

O bildirib ki, türk musiqisevərlərinin diqqətinə təkcə klassik əsərlər deyil, caz kompozisiyaları da təqdim olunacaq. Pianoçu sözlərinə yekun vurub: “Xarici bəstəkarların əsərləri ilə yanaşı, 140 illik yubileyi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da geniş qeyd olunan dahi Üzeyir Hacıbəylinin “Cəngi” əsərini konsertin repertuarına daxil etdim. Ankarada yaşayan azərbaycanlıları, ümumiyyətlə, musiqini sevən hər kəsi konsert zalında görməyə şad olaram”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri