Icma.az
close
up
RU
Ölkədə quşçuluq sektorunun vəziyyəti müzakirə olunub

Ölkədə quşçuluq sektorunun vəziyyəti müzakirə olunub

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də müxtəlif şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi ölkədə quşçuluq sektorunun mövcud vəziyyətini təhlil etmək, bu sahədəki çağırışları və inkişaf istiqamətlərini müzakirə etmək, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlar üçün yeni müəyyənləşdirilməsi olub.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə heyvandarlıq sektorunun strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. 

Nazir bildirib ki, dövlət tərəfindən həyata keçirilən proqramlar, subsidiya mexanizmləri, investisiya layihələri və fermerlərə göstərilən dəstək quşçuluq sektorunun davamlı inkişafına yönəlib.

Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq təcrübədən faydalanmanın sektorun inkişafında əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə öz növbəsində quşçuluq məhsullarının idxal-ixrac əməliyyatlarında şəffaflığın artırılması, yerli istehsalçılar üçün gömrük prosedurlarının sadələşdirilməsi və ixrac potensialının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli aqrar sahədə sahibkarlığın inkişafı, investisiya təşviqi mexanizmləri və quşçuluq sənayesində əlavə dəyər zəncirinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirinin müşaviri 

Zaur Əliyev “Quşçuluq sektorunun inkişafı üzrə dövlət siyasəti: Hədəflər və imkanlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda quşçuluq sahəsinə göstəriləcək dövlət dəstəyi, planlaşdırılan proqramlar və inkişaf hədəfləri barədə məlumat verilib.

Daha sonra Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli və “Siyəzən” Broyler ASC-nin direktoru Cavid Abbasov “Quşçuluq sektorunun inkişafına dair təkliflər” mövzusunda təqdimatla çıxış ediblər. 

Onlar quşçuluq sahəsində özəl sektorda mövcud vəziyyət, çətinliklərin həlli yolları və dövlətlə əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

Tədbirdə quşçuluq sektorunun mövcud çağırışları, beynəlxalq təcrübənin tətbiqi imkanları, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri