Icma.az
close
up
RU
Yardımlıda fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyətin təşkili ilə bağlı müzakirələr aparılıb

Yardımlıda fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyətin təşkili ilə bağlı müzakirələr aparılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarəedilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü və Cənub Regonal Mərkəzinin təşkilatçılığı ilə Yardımlı Rayon İcra Hakimiyyətində “Fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə FHN-nin müvafiq yerli struktur bölmələrinin, Yardımlı rayonunda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli icra və özünüidarəetmə orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamıyev fövqəladə hallarla mübarizədə qurumlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətindən danışıb.

FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov tədbirdə çıxış edərək fövqəladə hallarla mübarizə üzrə yerli icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə çıxış edərək, fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyəti barədə tədbir iştirakçılarna geniş məlumat verib.

Tədbir zamanı çıxış edən digər natiqlər tərəfindən yanğınların başvermə səbəbləri və nəticələri, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər və mövcud problemlərdən bəhs olunub, təhlükə potensiallı qurğu və avadanlıqların təhlükəsiz istismarı qaydaları, tikintiyə dövlət nəzarətinin təşkili və mülki müdafiənin hazırkı vəziyyətindən və digər məsələlərdən söz açılıb.

İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri