Icma.az
close
up
RU
Pilotların səs yazısı yayıldı “Məndə təyyarə idarəetməni itirir”

Pilotların səs yazısı yayıldı “Məndə təyyarə idarəetməni itirir”

Icma.az, Manset portalına istinadən məlumat verir.

Dünən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 
 

Manset.az-ın məlumatına görə, VÇK-OGPU Groznıdan olan dispetçerin “Bakı-Groznı” reysi ekipajı ilə danışıqlarının stenoqramından fraqmentləri dərc edir. Ekipaj bir neçə dəfə Groznıda eniş etməyə icazə almır, sonra GPS sistemi sıradan çıxır. Təyyarə Bakıya uçmağa qərar verdikdə, pilot güclü zərbə olduğunu bildirir. Əvvəlcə o, təyyarənin quş sürüsü ilə toqquşduğunu düşünür. Sonradan isə təyyarənin idarəetmə və hidravlikası işləmir.

08:11:50
e: AXY8243 Bakı istiqamətinə gedirik.

08:11:58
d: AXY8243 mövcud kursda 900 metr hündürlük yığın.
e: Mövcud kursda 900 metr yığıram, AXY8243.

08:12:12
d: AXY8243 təsdiqləyin, ehtiyat olaraq Bakıya uçursunuz?
e: Təsdiq edirəm, ehtiyat olaraq Bakıya uçuruq, AXY8243.

08:12:29
d: AXY8243 ilkin olaraq FL80 yığın və deyin, Pinta nöqtəsinə birbaşa uçmağı bacaracaqsınız?
e: FL80 yığırıq, bir azdan deyəcəyik, AXY8243.

08:12:48
e: AXY8243, hər iki GPS sıradan çıxdı, vektoring lazımdır.
d: AXY8243, başa düşdüm, sağa 360 kursu.
e: Sağa 360 kursu, AXY8243, təşəkkür edirəm.

08:14:15
d: AXY8243 FL150 yığın.
e: FL150 yığırıq (naməlum), AXY8243.
d: AXY8243, sürətlə yığın.
e: Sürətlə yığırıq, AXY8243.

08:16:05
e: Bizdə idarəetmə sıradan çıxdı, kabinədə quş zərbəsi oldu. Kabinədə quş zərbəsi (naməlum).

08:16:16
d: AXY8243, başa düşdüm, sizə hansı kömək lazımdır?

08:16:41
e: Mineralnı Vodı hava şəraiti necədir, kömək edin, zəhmət olmasa.
d: AXY8243, 16-cı dəqiqədə.
e: Anlamadım.
d: AXY8243, 16-cı dəqiqədə.
e: Nə 16-cı dəqiqədə?
d: AXY8243, mesajınızı təkrarlayın, sizi pis eşidirik.

08:17:15
d: AXY8243, hər şey qaydasındadırmı?
e: Hər şey qaydasındadır, Mineralnı Vodıya gedirik.
d: AXY8243, başa düşdüm, komandaya qədər mövcud kursda qalın.
e: Başa düşdüm, komandaya qədər mövcud kursda gedirik. Mineralnı Vodının hava şəraitini deyin, zəhmət olmasa.
d: AXY8243, gözləyin, FL150 yığın.
e: FL150 yığırıq.

08:18:29
d: AXY8243 sola orbit edin.
e: Orbit edə bilmirəm, idarəetmə sıradan çıxır. Mineralnı Vodıya vektoring verin və hava şəraitini deyin, zəhmət olmasa.
d: AXY8243, başa düşdüm, gözləyin. Sola 030 kursu.
e: Sola 030 kursu.

08:19:12
e: FL150-ni saxlaya bilmirəm, kabinədə təzyiq artır.
d: AXY8243, başa düşdüm.

08:20:27
d: AXY8243 sola 360 kursu edin.
e: Sola 360 kursu, təyyarə idarəetməni itirir.

08:21:20
e: Mahacqalaya.
d: AXY8243 Mahacqalaya getməyə qərar verdiniz?
e: Bəli, Mahacqalaya, hava şəraitini deyin.
d: AXY8243, gözləyin.

08:22:12
d: AXY8243 sağa 110 kursu.
d: AXY8243 Groznı Qüllə.
e: Əlaqədəyik.
d: AXY8243 sağa 140 kursu.

08:22:57
e: İndi hidravlika sıradan çıxdı.

08:23:03
d: AXY8243 Groznı Qüllə.
e: Əlaqədəyik, hidravlika sıradan çıxdı.
d: AXY8243, başa düşdüm. Kursları yerinə yetirə bilərsinizmi?
e: Yerinə yetirə bilmirik. Konkret kurs verin, Mahacqalaya gedirik.
d: AXY8243 sola 100 kursu, düzəliş sağa 100 kursu.
e: Sağa 100 kursu. Mahacqalının hava şəraiti.
d: AXY8243, Mahacqalının hava şəraiti: külək 310°, 2 m/s, görünüş 3300 m, aşağı bulud səviyyəsi 750 m, tüstü, QNH 1026 hPa, 32-ci zolaq işləkdir.
e: Başa düşdüm.

08:24:26
d: AXY8243, təsdiqləyin, təyyarədə fövqəladə vəziyyət elan etmisiniz?
e: (Naməlum) başa düşmədim (naməlum).

08:24:43
e: AXY8243, təkrarlayın.
d: AXY8243, təyyarədə hər şey qaydasındadırmı?
e: Təyyarədə hər şey qaydasındadır.

08:24:55
e: Bizə icazə verin (naməlum).
d: AXY8243, təkrarlayın.
e: (naməlum).

08:25:09
d: AXY8243, sizi aydın eşitmək olmur, mesajınızı təkrarlayın.
e: (naməlum).

08:25:30
e: AXY8243, necə qəbul etdiniz? Əlaqədəyik.
d: AXY8243, Groznı Qüllə əlaqədədir, sizi çox zəif eşidirik.
e: (naməlum).

08:25:47
e: AXY8243, bu hündürlükdə uçmağa icazə verin.
d: AXY8243, dispetçerə görə sizi müşahidə etmirik, hündürlüyünüzü deyin.

08:26:10
e: Hündürlüyümüz 80.
d: AXY8243, FL100 hündürlüyünü yığmağa çalışın.
e: Əgər bacarsaq.

08:27:00
d: AXY8243, Groznı Qüllə.
e: Əlaqədəyik, AXY8243.
d: AXY8243, 134.1 tezlikdə Rostov Kontrol ilə işləyin.
e: Rostov Kontrol, 134.1, AXY8243.

Daha sonra “Bakı-Groznı” reysi ekipajı Rostovdan olan dispetçer ilə danışıqları davam etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 26 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri