Icma.az
close
up
RU
Pilotsuz uçuş aparatlarının kiberdayanıqlığının təmin olunması üçün alqoritmlər işlənilir

Pilotsuz uçuş aparatlarının kiberdayanıqlığının təmin olunması üçün alqoritmlər işlənilir

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun seminarında “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınmış elmi nəticələr müzakirə olunub.

Bu barədə 525.az-a institutdan məlumat verilib.

İnstitutun doktorantı Orxan Vəlixanlı məruzəni təqdim edərək aparılmış elmi-praktik tədqiqatlar haqqında məlumat verib. O.Vəlixanlı qeyd edib ki, dissertasiya işinin məqsədi pilotsuz uçuş aparatlarına (PUA) edilən kiberhücumları yüksək dəqiqliklə aşkarlaya bilən, sürətli, özü-özünü öyrədən, müxtəlif kiberhücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənməsidir.

Tədqiqatçı dissertasiya işi üzrə PUA-ların yerüstü idarəetmə sistemi (YİS) və şəbəkə sistemlərinə kiberhücumların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların aparıldığını söyləyib. O, PUA-ların YİS-ində təsvirlərin analizi əsasında zərərli proqramların aşkarlanması, o cümlədən PUA-ların şəbəkə sisteminə olan xidmətdən imtina kiberhücumlarının aşkarlanması üçün metodların işlənildiyini söyləyib, əldə olunan nəticələri təqdim edib.

O.Vəlixanlı, həmçinin “Pilotsuz uçuş aparatlarının uçuş məlumatlarının kiberdayanıqlığının təmin olunması üçün yanaşmanın işlənməsi” istiqamətində PUA-ların uçuş məlumatlarının kriptodayanıqlığının, eləcə də uçuş məlumatlarının dayanıqlığının təmin olunması üçün yanaşmaların işlənildiyini diqqətə çatdırıb.

Dissertasiya işinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək PUA-ların kibertəhlükəsizliyinin təmin olunması istiqamətində əldə olunan nəticələrə münasibətini bildirib, aparılan tədqiqatın aktuallığını vurğulayıb. Qeyd edib ki, PUA-ların təhlükəsizliyinin təmin olunması problemləri milli informasiya təhlükəsizliyi sisteminin mühüm tərkib hissəsidir.

Akademik R.Əliquliyev dissertasiya işi çərçivəsində əldə olunmuş elmi-praktik nəticələrin PUA-ların kiberdayanıqlığının artırılması, xüsusilə də şəbəkə və idarəetmə sistemlərində zərərli təsirlərin aşkarlanması baxımından əhəmiyyət kəsb etdiyini söyləyib. Alim seminarda səsləndirilən tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasını təklif edib.

Sevinc  Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri