Icma.az
close
up
RU
Pirallahı rayonunda məzunlarla görüş keçirildi FOTOLAR

Pirallahı rayonunda məzunlarla görüş keçirildi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024–2025-ci tədris ilində qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəb direktorları, müəllimlər, valideynlər və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlar iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova 2024–2025-ci tədris ilinin yekunlarına dair geniş təqdimatla çıxış etmiş, rayon üzrə ümumi təhsil müəssisələrinin nəticələri haqqında məlumat verib. 

Qeyd olunmuşdur ki, hesabat dövründə rayon üzrə 222 nəfər məzun olmuş, onlardan 161 nəfər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan qəbul imtahanlarında iştirak etmiş, 103 nəfər ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanmışdır. Məktəbi bitirənlərin sayına nisbətdə sənəd verənlərin faizi 72,5 %, sənəd verənlərin sayına nisbətən qəbul faizi isə 64 % olmuşdur. Ötən illə müqayisədə qəbul faizi 2,8 % azalsa da, qəbul olunanların ümumi sayında artım müşahidə olunmuşdur – 2023–2024-cü tədris ili ilə müqayisədə bu il 26 nəfər çox şagird ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Təqdimatda həmçinin qeyd edilmişdir ki, 243 nömrəli tam orta məktəbdə ilk dəfə olaraq peşə təmayüllü siniflər fəaliyyətə başlayacaq. İki ixtisas – “Dərzi köməkçisi” və “Help Desk İKT” istiqamətləri üzrə ümumilikdə 16 şagirdin təhsil alacağı bildirilib. Tədbirin davamında ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar – Cəfərova Xatirə Mais qızı, Carçallı Şəms Faiq qızı və Bağırova Aysel İmran qızı çıxış edərək əldə etdikləri uğurun arxasında ailələrinin, müəllimlərinin və məktəblərinin böyük dəstəyi olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, bu uğurlar təkcə fərdi nailiyyətlər deyil, bütövlükdə cəmiyyətin təhsilə verdiyi dəyərin və göstərilən qayğının nəticəsidir. Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov ali məktəblərə qəbul olunmuş şagirdləri və onların valideynlərini təbrik etmiş, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan təhsil sistemi müasir tələblərə cavab verəcək şəkildə daim yenilənir, ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyi ildən-ilə yüksəlir. Yekun olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək ali təhsil müəssisələrinə qəbul olunmuş məzunları və onların valideynlərini təbrik etmiş, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulamışdır. Çıxışında RİH başçısı vurğulamışdır ki, bu gün ölkəmizin gələcəyini formalaşdıracaq gənclərlə bir araya gəlmək və onların sevincini bölüşmək hər birimiz üçün həm qürurverici, həm də məsuliyyətli bir hadisədir. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti tərəfindən təhsilin inkişafına, gənclərin hərtərəfli bilik və bacarıqlara yiyələnməsinə, onların intellektual və mənəvi inkişafına xüsusi önəm verilir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq, ölkəmizdə gənclərin elmi biliklərə, milli-mənəvi dəyərlərə əsaslanan vətənpərvər ruhda yetişdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Sevindirici haldır ki, Pirallahı rayonunun gəncləri də bu siyasətin fəal iştirakçıları kimi yüksək nəticələrə imza atır, qazandıqları uğurlarla həm rayonun, həm də ölkənin sosial-iqtisadi və intellektual inkişafına öz töhfələrini verirlər. RİH başçısı çıxışının sonunda qeyd etmişdir ki, əldə olunan nəticələr mühüm bir uğur olsa da, bu, yalnız yolun başlanğıcıdır. Qarşıda məzunlarımızı daha məsuliyyətli, daha çətin, eyni zamanda şərəfli bir inkişaf mərhələsi gözləyir. Bu mərhələdə biliklərə ardıcıl yiyələnmək, peşəkar formalaşma və vətənə layiqli vətəndaş olmaq başlıca vəzifələrdəndir. Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş bir qrup məzun, eləcə də rayonun ictimai-mədəni həyatında və təhsil sahəsində fərqlənmiş müəllimlər Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və Fəxri Fərmanlarla təltif olunmuşdur. Tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatmışdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri