Icma.az
close
up
RU
Pirsinq və tatunun dəriyə təsiri: Hansı nahiyələr daha risklidir? Psixoloji tərəfləri…

Pirsinq və tatunun dəriyə təsiri: Hansı nahiyələr daha risklidir? Psixoloji tərəfləri…

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər pirsinq və tatu populyarlıq qazansa da, onların dəriyə təsiri və sağlamlıq riski barədə məlumatlı olmaq vacibdir. Pirsinq və tatu dərinin strukturu ilə birbaşa təmasda olduğu üçün düzgün qaydalara əməl olunmadıqda həm fiziki, həm də psixoloji təsirlərə səbəb ola bilər.

Dermatoloqların fikrincə, bədənimizin bəzi hissələri pirsinq və tatular üçün daha risklidir. Məsələn, göz qapağı, dodaq, dil və göbək pirsinqləri infeksiyaya daha çox meyillidir, çünki bu bölgələr daim nəmlidir və bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Tatulara gəlincə, oynaq nahiyələrinə və ya dərinin nazik olduğu yerlərə vurulan döymələr daha tez solur və dəriyə daha çox zərər verə bilər.

Bəs tato və pirsinq insan psixologiyasında nəyi ifadə edir? 

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov döymə və pirsinqin insanın özünü ifadə etməsinin, fərdiliyini vurğulamasının və daxili dünyasını vizual formada əks etdirməsinin bir vasitəsi kimi qəbul etdiyini bildirdi:

"Bu, bədii ifadənin bir növüdür və insana öz bədəninə nəzarət hissini gücləndirə bilər. Bəzi insanlar üçün bu seçim həyatlarının mühüm hadisələrini, keçmiş xatirələri və ya inanclarını simvolizə edir. Bu, onların psixoloji baxımdan güclənməsinə və keçmiş təcrübələri ilə daha sağlam bir əlaqə qurmasına kömək edə bilər. Xüsusilə gənclik dövründə insanlar pirsinq və ya döyməni kimlik axtarışının bir hissəsi kimi qəbul edə bilərlər. Cəmiyyətin normativ qaydalarına meydan oxumaq, özünü daha unikal hiss etmək və ya müəyyən bir sosial qrupa aidiyyət duymaq bu qərarların arxasında dayanan əsas motivlərdən biri ola bilər. Musiqi janrları, alternativ mədəniyyətlər və subkulturalar döymə və pirsinq vasitəsilə öz kimliklərini formalaşdıran qruplardır.

Bəzi insanlar üçün pirsinq və döymə bədənə nəzarət hissini artıran bir prosesdir. Xüsusilə travma yaşamış fərdlər üçün bu, psixoloji güclənmə vasitəsi kimi çıxış edə bilər. Bədənə edilən bu dəyişikliklər insanın həyatında bir dönüş nöqtəsi və ya yeni başlanğıc kimi qəbul edilə bilər. Döymə və ya pirsinq etdirmək insana öz bədəninə sahiblik hissini qaytarır və daxili duyğularını açıq şəkildə ifadə etməyə imkan yaradır. Üz döymələri və ekstremal pirsinqlər isə fərqli motivasiyalara əsaslana bilər. Belə insanlar adətən cəmiyyətin müəyyən bir hissəsinə aid olduqlarını göstərmək istəyirlər. Bəziləri üçün bu, ifrat fərdiyyətçiliyin bir forması, digərləri üçün isə konkret bir ideologiyanın nümayişi ola bilər. Xüsusilə üz və digər görünən hissələrdə döymə etdirmək cəmiyyətin qaydalarına meydan oxumaq və ya müəyyən bir qrup tərəfindən tanınmaq istəyindən qaynaqlana bilər.

Döymə və pirsinq etdirən insanların psixoloji pozuntusu olduğunu demək doğru olmaz. Lakin impulsiv qərarlar verən, bədən imici ilə bağlı narahatlıqları olan və ya özünü zədələmə meyli göstərən insanlarda bu seçim emosional ehtiyacdan qaynaqlana bilər. Əgər bir insan davamlı olaraq bədəninə müdaxilə edirsə və özünə zərər vermə səviyyəsinə çatırsa, bu, psixoloji dəstək almaq üçün səbəb ola bilər. Bütün hallarda əsas məsələ insanın özünə və ətrafdakılara mənfi təsir göstərməməsidir. Döymə və pirsinq şəxsi seçimdir və hər kəsin öz bədənini idarə etmək haqqı vardır. Lakin bu seçimlər etik çərçivədə və cəmiyyətin normaları daxilində edilməlidir. İnsan özünü ifadə edərkən digər insanların hüquqlarına və cəmiyyətin qaydalarına hörmət etməlidir."

Dermotoloq Tünzalə Əzizli isə bildirdi ki, tatoların dəriyə ziyanı istifadə olunan kimyəvi maddələrin və tatonu edən şəxsin hansı dərəcədə profesional olmasından aslıdır:

"Əsas göstəricilər demək olar bu iki faktordur. Tato və pirsinqdən müxtəlif xəstəliklər yarana bilər. Prosses qeyri-peşəkar şəkildə həyata keçirilərsə kontakt allergik dermatit dəri xəstəliyi yarana bilər. Travma nəticəsində müxtəlif çapıqlar yarana bilər. Bundan başqa eqzema xəstəliyi də bu prosses zamanı yarana bilər. 

Pirsinqlərdə isə keloid çapıqlar yarana bilər. Əsasən də qulaq, göbək ətrafı edilənlər daha təhlükəlidir"

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Mart 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see169

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see166

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see166

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see130

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see128

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see127

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri