Pişikləri tutub ayinlərdə qurban kəsirlərmiş...
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İtaliyada heyvan hüquqları müdafiəçiləri pişiklərin kütləvi şəkildə yoxa çıxması ilə bağlı həyəcan siqnalı qaldırıblar və bunu Hellouin bayramı ərəfəsində keçirilən ayinlərlə bağlayıblar.
“Qafqazinfo” “La Nazione” nəşrinə istinadən xəbər verir ki, Heyvanların Mühafizəsi üzrə Milli Təşkilatın (ENPA) bölmə rəhbəri Mariya Roza İnkandela itkin düşmələrin hər il baş verdiyini və bayramdan əvvəl ritual qurbanvermə xarakteri daşıdığını bildirib.
Aktivist qeyd edib ki, pişikləri tutan şəxslərə bu iş üçün xüsusi pul ödənilə bilər. O, pandemiyadan əvvəl Çitta-di-Kastello bölgəsində yandırılmış pişik qalıqlarına əsasən, gizli bir sektanın aşkar edildiyi hadisəni xatırladıb. Hazırda isə tündrəngli avtomobildə gəzən bir kişi və qadının pişikləri tutaraq maşına qapadığı iddia olunur.
“Keçən illərdə ağ, sonra qara pişikləri ovlayırdılar, indi isə zolaqlı pişikləri də hədəf alıblar. Ümumilikdə 20-yə yaxın heyvan yoxa çıxıb. Ən böyük təhlükə ev pişikləridir, çünki onlar meşə və küçə pişiklərinə nəzərən daha mehribandır və insanlara asanlıqla yaxınlaşırlar”, – deyə İnkandela xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl Vyetnamda 2700-ə yaxın pişiyin ət üçün qanunsuz olaraq dəstə tərəfindən oğurlandığı məlum olmuşdu.
Baxış sayı:146
Bu xəbər 07 Oktyabr 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















