Icma.az
close
up
RU
Pişiklərin dostu olurmu? Mütəxəssislər dörd vacib məqama aydınlıq gətirir

Pişiklərin dostu olurmu? Mütəxəssislər dörd vacib məqama aydınlıq gətirir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ev pişikləri təxminən 10 min ildir ki, insanlarla birlikdə yaşayır. Əvvəlcə gəmirici ovçusu kimi, daha sonra isə bu gün tanıyıb sevdiyimiz dostlarımız və yoldaşlarımız kimi. Onların tək ovçu olan əcdadlarından fərqli olaraq, bu gün dünyada milyonlarla pişik insan ailələrinin bir hissəsinə çevrilib. 


Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Avstraliyada evlərin 30 faizindən çoxunda azı bir pişik yaşayır. Bu kontekstdə qonşu Türkiyənin pişiklərlə olan xüsusi münasibətini hər kəs bilir.

Tüklü dostlarımızla paylaşdığımız münasibətlər çox qiymətlidir. Bəziləri onlara dostu, qardaşı, ailəsinin üzvü və hətta “övladı” kimi baxır.

Bu hisslər qarşılıqlı ola bilər, pişiklər də dostluğa önəm verərək, fiziki təmas quraraq və oyun oynayaraq sevgilərini göstərə bilirlər. Hətta bəzi sübutlara görə, pişiklər müəyyən insanlarla ünsiyyət qurmaq üçün xüsusi səslər inkişaf etdirirlər.

Bununla belə, pişiklər adətən – xüsusilə itlərlə müqayisədə – məsafəli varlıqlar kimi tanınır. Bəs bu nə dərəcədə doğrudur? Pişiklər bizimlə yanaşı başqa dostluqlar da qura bilirlərmi?


Qarışıq bir resept...

Əvvəlcə pişiklərdə dostluq necə olur? İki pişik arasında dostluğa işarə edən davranışlara bir-birinin tükünü yalamaq, başlarını bir-birinə sürtmək, birlikdə vaxt keçirmək və birlikdə oynamaq daxildir. Əksinə, dalaşmaq, hücum etmək və ya qovmaq kimi davranışlar isə anlaşmazlıqların göstəricisidir.

Pişiklərin davranış repertuarında münaqişələri yumşaldan siqnallar çox azdır. Mübahisə zamanı barışmağa çalışmaq əvəzinə, bir-birlərindən uzaq durmağı və ya qaçmağı seçirlər.

Bu tip uyğunsuzluq pişiklər üçün stresli ola bilər. Bir çox pişik sahibi pişiklər arasında və ya digər heyvanlarla necə müsbət münasibət qurmağın yollarını axtarır. Və ya sadəcə onlara bir “dost” gətirmək barədə düşünür. 


Əslində, uğurlu pişik dostluqları bir qədər qarışıqdır. Küçədə sərbəst dolaşan sahibsiz pişiklər üzərində aparılan araşdırmalar göstərib ki, onlar arasında yaxın münasibətlər aşağıdakı hallarda mümkündür və uzun sürür:


• Hər ikisi dişi olduqda

• Birlikdə böyüdüklərində

• Yaxın qohum olduqlarında

• Eyni ərazidə yaşadıqlarında

Ev pişikləri də evdəki digər pişiklərlə güclü dostluq əlaqələri qura bilirlər. Sahibsiz pişiklərdə olduğu kimi, erkən yaşda tanış olan, qohum olan və uzun müddət bir yerdə yaşayan pişiklərin dost olması ehtimalı daha yüksəkdir.

Ancaq sterilizə olunmuş pişiklər arasında erkək cütlüklər, erkək- dişi  cütlüklərə nisbətən daha yaxın bağlar qururlar. Dişi  cütlüklərdə dostluq şansı isə xeyli azdır. İlk tanışlıq isə uzunmüddətli müsbət münasibətlərin qurulmasında ən önəmli faktordur.

Bəs açıq havada yaşayan dostlar?

Çöldə gəzməyə icazə verilən ev pişiklərinin sosial həyatı barədə isə daha az məlumatımız var, lakin çox vaxt onların təbii davranışı rəqabət və əraziyə sahib çıxmaq üzərində qurulub. Bununla belə, pişiklər çox vaxt qarşıdurmadan qaçmağa çalışırlar. Bəzi araşdırmalara görə, gəzən pişiklər arasında ünsiyyət əsasən sakit keçir, ancaq bəzən, xüsusilə yemək üçün və ya yad pişiklərin ərazisinə daxil olduqda döyüşlər də baş verir.

Əgər işləri bir qədər də çətinləşdirmək istəsək: əgər iki pişiyin də çöldə gəzməsinə icazə verilirsə, evdə dalaşma riski ciddi şəkildə artır. Çünki biri evə yad qoxular gətirə bilər.

Pişiklərin yerli fauna ilə münasibəti də problemli ola bilər. Bəzi hallarda pişiklər yerli vəhşi heyvanların populyasiyasını məhv edə bilirlər. Xüsusilə Avstraliyanın bəzi bölgələrində buna görə pişiklərin çöldə sərbəst gəzməsinə icazə verilmir. Çöldə olduqda pişiklər öz sağlamlıq və təhlükəsizlikləri baxımından da risklərlə üz-üzə qala bilirlər: avtomobil qəzası, uğursuz ov və ya pişikləri sevməyən qonşular...


Pişiklər və itlər anlaşma içində yaşaya bilərmi?

Araşdırmalar əsasən pişiklərin bir-biri ilə dostluğuna yönəlsə də, pişiklər digər növlərlə də müsbət münasibətlər qura bilirlər. Məsələn, pişiklər və itlər tez-tez bir-birlərinə düşmən kimi təqdim olunsa da, harmoniyada yaşaya, birgə yata və oynaya bilirlər.

Ancaq bu münasibətin formalaşmasında erkən tanışlıq və yavaş-yavaş yaxınlaşdırma prosesi çox vacibdir.

Maraqlıdır ki, evdə yaşayan pişiklər çöldə yaşayanlara nisbətən itlərlə daha dostyana davranırlar. Bunun səbəbi, ehtimal ki, çöldə olan pişiklərin bir çox fərqli və dost olmayan itlərlə qarşılaşmalarıdır.


Bəs sizin pişiyinizin ən yaxın dostu kimdir?

Pişiyinizin dostu olmalıdırmı? Cavab təxmin etdiyiniz kimi mürəkkəbdir. Əgər pişiyinizi yeni bir dostla tanış etməyi planlaşdırırsınızsa, bəzi tövsiyələrə əməl etməlisiniz: Əvvəlcə, ilk qarşılaşmanı müsbət etmək üçün pişiklər yavaş-yavaş və nəzarət altında tanış olmalıdır.

Evinizdə kifayət qədər təhlükəsiz məkanlar, oyuncaqlar, dırmaşma dirəkləri və sakit bir küncdə ayrı yemək və tualet yerləri olmalıdır. Bu resurslar, pişiklər arasında resurs qorunmasının (yəni digər pişiklərin sevdikləri və ya ehtiyac duyduqları şeylərə çatmasına mane olma) qarşısını almağa və qarşıdurmaları azaltmağa kömək edir.

Nəticə olaraq pişiklər digər heyvanlarla dostluq qura bilərlər, amma bu onların sağlamlığı və xoşbəxtliyi üçün o qədər də vacib deyil. Ən yaxın və əhəmiyyətli münasibət onların sizinlə olan münasibətidir.

Əgər pişiyinizin diqqət mərkəzinə çevrilməsinə icazə versəniz və onunla tez-tez oynasanız, ən sosial pişiklər üçün belə sizinlə münasibət kifayət edər. Axı onların “cool və məsafəli” imicini qorumaq kimi bir məsuliyyətləri var, elə deyilmi?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri