Afrika meşələri istixana qazı emissiyalarının əsas mənbələrinə çevrilib
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Beynəlxalq iqlim alimləri qrupu, son onilliyin əvvəlində Afrika meşələrinin biokütlə böyüməsini və istixana qazlarını udmağı dayandırdığını, bunun əvəzinə geniş yayılmış meşələrin qırılması səbəbindən istixana qazları emissiyalarının ən böyük mənbələrindən birinə çevrildiyini göstərən ilk sübutları aşkar edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Lester Universitetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bu kəşf beynəlxalq iqlim gündəmi üçün mühüm siqnal olmalıdır. Əgər Afrika meşələri karbonu udmağı dayandırıbsa, bu o deməkdir ki, dünyanın digər regionları temperaturun 2 dərəcə Selsiyə qədər yüksəlməsini saxlamaq və fəlakətli iqlim dəyişikliyindən qaçmaq üçün emissiyaları daha da azaltmalıdırlar.
Qeyd edək ki, Afrika meşələri təxminən 640-840 milyon hektar ərazini əhatə edir və onların biokütləsi 85 milyard tondan çox karbon ehtiyatı saxlayır. Afrikanın son onilliklərdə artan əhalisi, geniş yayılmış meşələrin qırılması ilə birlikdə, iqlim alimlərini Afrika meşələri tərəfindən nə qədər karbonun udulduğunu və istehsal edildiyini yaxından araşdırmağa sövq edib.
Tədqiqatçıların fikrincə, bu itkilər əsasən Afrikanın tropik bölgələrində, o cümlədən Madaqaskar, Konqo Demokratik Respublikası və Qərbi Afrika ölkələrində cəmləşib. Ümumilikdə Afrika meşələri CO2 tullantılarından istixana qazı emissiyalarının əsas mənbələrinə çevrilib.
Şeyda
Bu mövzuda digər xəbərlər:Özbəkistan istixana qazı emissiyalarının azaldılmasına töhfəsini artıracaq
11 İyul 2025 04:00
Azərbaycan regionun əsas idman gücünə çevrilib
26 Dekabr 2024 11:11
Rusiya Türkiyənin əsas enerji təchizatçısına çevrilib
03 Yanvar 2025 12:09
Yaponiya ABŞ üçün əsas təhlükəyə çevrilib
07 Oktyabr 2025 10:34
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















