Icma.az
close
up
RU
Gömrük nəzarətindən keçən vətəndaş yenidən yoxlanışa çəlb edilə bilər? RƏSMİ AÇIQLAMA VİDEO

Gömrük nəzarətindən keçən vətəndaş yenidən yoxlanışa çəlb edilə bilər? RƏSMİ AÇIQLAMA VİDEO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 28-də Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil olunub.

Avtosfer.az xəbər verir ki, tədbir gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin hava nəqliyyatında gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədilə keçirilib.

Tədbirdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov açılış bitqi ilə çıxış edərək, media nümayəndələrinə bir sıra məlumatlar verib. O qeyd edib ki, mətbuat nümayəndələri ilə görüşün əsas məqsədi gömrük orqanlarının fəaliyyətində şəffaflığın artırılması, tətbiq olunan nəzarət mexanizmlərinin obyektiv şəkildə ictimaiyyətə çatdırılması və media ilə ictimai əlaqələrin daha da möhkəmləndirilməsidir

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçirilən brifinqdə hava nəqliyyatında gömrük işinin təşkili, spesifik xüsusiyyətləri, gömrük postları və digər məsələlərlə bağlı məlumat verilib.

Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Xidmətinin təşkili şöbəsinin rəisi Elşən Səfərli Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yaradılması və keçdiyi dövr ərzində fəaliyyəti barədə məlumat verib. Bu ilin 6 ayı ərzində İdarənin gördüyü işlər, vətəndaş müraciətləri, hava nəqliyyatında gömrük nəzarətindən qanunsuz keçirilməyə cəhd edilən faktlarla bağlı statistikanı media nümayəndələrinin diqqətinə çatdırıb. Jurnalistlərin suallarını cavablayan Elşən Səfərli vurğulayıb ki, vətəndaşlar arasında gömrük nəzarəti ilə bağlı çaşqınlıq yaradan məqamlar olur.

“Bəzən vətəndaşlar elə bilir ki, gömrük məntəqəsindən çıxdıqdan sonra onlar yenidən yoxlamalara cəlb edilə bilməzlər. Lakin bu belə deyil. Gömrük Məcəlləsinin tələblərinə əsasən, şəxs gömrük nəzarətindən keçdikdən sonra yoxlamaya cəlb edilə bilər. “Yaşıl kanal” vasitəsilə də şəxs ölkə ərazisindən çıxmaq istəyərkən həmin şəxs seçmə üsulla gömrük əməkdaşının tələbilə “qırmızı kanal” vasitəsilə gömrük yoxlamasına cəlb oluna bilər. Yoxlanış zamanı aşkar olunan hansısa qanunsuz predmet aşkar olunarsa, gömrük rəsmiləşdirilməsinə cəlb edilə bilər, bəyan edilməyən, gizlədilmiş faktlar olduqda isə müvafiq olaraq məsuliyyətə cəlb edilir,” – deyə Elşən Səfərli bildirib.

Bakı Logistika Mərkəzinin gömrük postunda olan jurnalistlər görülən işləri canlı izləyiblər. Bakı Karqo Terminalında mallar üzərində gömrük nəzarətinin və rəsmiləşdirilmə proseslərinin təşkili, həmçinin poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük nəzarətindən keçirilməsi ilə bağlı məlumat verilib. Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatı Baş Gömrük idarəsinin Logistika Mərkəzinin Gömrük Postunun rəisi Rövşən Mahmudzadə Mərkəzlə bağlı məlumat verərkən qeyd edib ki, Azərbaycanda Avtomatlaşdırılmış Risk Analiz Sisteminin (ARAS) istifadəyə verilməsindən sonra cari ildə 300 min manatdan çox əlavə gömrük ödənişləri dövlət büdcəsinə daxil olub.

“Bu ildən ARAS vasitəsilə poçt bağlamalarına gömrük nəzarəti həyata keçirilir: "Gömrük yoxlamaları risk əsaslı sistem vasitəsilə təşkil olunur. Daşıyıcı şirkətlər tərəfindən həmin bağlamalar gömrük yoxlamasına təqdim olunur. Yoxlamalar zamanı aşkarlanan qanunsuz faktlara əsasən səhv bəyan etmələr daxildir. Söhbət vətəndaşlar tərəfindən gömrük dəyərinin səhv bəyan edilməsindən gedir. Buraya həmçinin malların saylarının düzgün göstərilməməsi daxildir.” – deyə, Rövşən Mahmudzadə vurğulayıb.

Tədbirdən sonra media nümayəndələri Heydər Əliyev Beynəlxalq Hava Limanında gömrük işinin təşkilini əyani şəkildə izləyiblər. "Terminal 1" gömrük postunda şəxslərin sərhədkeçmə proseslərini, əl yükü və baqajlara tətbiq olunan gömrük nəzarəti tədbirlərini, "yaşıl kanal", "qırmızı kanal" buraxılış sistemlərinin iş prinsipini və rəsmiləşdirilmə əməliyyatlarını əyani şəkildə görmə imkanı yaradılıb. İdarənin Sərnişin şöbəsinin Böyük inspektoru gömrük xidməti kapitanı Xatirə Məmmədova jurnalistlərə müsahibəsində deyib ki, hava limanından istifadə edən vətəndaşlar arasında bəzən “yaşıl və qırmızı kanal”larla bağlı çaşqınlıq yaradan suallar ortaya çıxır.


““Yaşıl kanal” buraxılış sistemi malların şifahi qaydada bəyan edilməsi üçün nəzərdə tutulub. Yəni, əgər vətəndaş “yaşıl kanal”a daxil olursa, bu o deməkdir ki, onun əl yükündə, yaxu baqajında gömrüyə yazılı şəkildə bəyan ediləsi mal yoxdur. “Qırmızı kanal” buraxılış sistemi isə malların yazılı qaydada bəyan edilməsi üçün nəzərdə tutulub”.

Daha sonra jurnalistlər ölkə ərazisinə gələrkən vətəndaşların “yaşıl” və “qırmızı kanal”lardan keçidi, özləri ilə gətirdikləri mobil telefonları bəyan etmə məntəqəsi ilə tanış olublar. Buradakı proses, bəyan etmə sistemi jurnalistlərə aydın şəkildə izah edilib.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Noyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see867

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see263

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see228

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see194

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see161

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see153

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see151

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see145

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see134

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see133

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri