Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun Ekspert
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yollarda piyadaların təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Xüsusilə işıqfor olmayan piyada keçidlərində həm sürücülər, həm də piyadalar daha diqqətli olmalıdır. Belə keçidlərdə qaydalara düzgün əməl edilməsi mümkün qəzaların qarşısını almaqda mühüm rol oynayır. Bir çox yol-nəqliyyat hadisələri məhz diqqətsizlik və tələskənlik səbəbindən baş verir. İşıqfor olmayan piyada keçidlərində nələrə diqqət etmək lazımdır?
Məsələ ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a bildirib ki, nizamlanmayan piyada keçidlərində, yəni işıqforla tənzimlənməyən keçidlərdə üstünlük piyadaya məxsusdur:
"Belə hallarda piyada keçidinə yaxınlaşan sürücü nəqliyyat vasitəsini yavaşlatmalı və piyadaya yol verməlidir. Lakin bu, piyadanın tam diqqətsiz şəkildə yola çıxması anlamına gəlmir. Piyada yolu keçməzdən əvvəl sürücünün onu görüb-görmədiyinə əmin olmalı, mümkün olduqda göz təması qurmalıdır".
Ekspert vurğulayıb ki, yolu keçərkən qaçmaq və ya qəfil hərəkətlər etmək sürücü üçün gözlənilməz vəziyyət yaradır. Ən doğru metod normal sürətlə, hər iki tərəfi nəzarətdə saxlayaraq hərəkət etməkdir.
Xüsusilə çoxzolaqlı yollarda təhlükəsizlik adacıqlarının rolu əvəzsizdir. Bu sahələr piyadaya hərəkəti hissələrə ayırmağa və nəqliyyat axınını daha rahat izləməyə imkan verir.
"Yolun qəfil qaçaraq və ya həddindən artıq ləng hərəkətlə keçilməsi təhlükə yarada bilər. Ən düzgün davranış yolu normal tempdə və diqqətli şəkildə qarşı tərəfə keçməkdir.
Bundan əlavə, geniş və çoxzolaqlı yollarda təhlükəsizlik adacıqlarının olması vacibdir. Piyada belə adacıqlarda dayanaraq ətrafı yenidən qiymətləndirə, nəqliyyat axınına diqqət yetirə və daha təhlükəsiz şəkildə yoluna davam edə bilər. Bu qaydalara həm sürücülərin, həm də piyadaların əməl etməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır",- deyə o qeyd edib.
Yəni, nizamlanmayan keçidlərdə piyadanın üstünlüyü olsa da, yolu keçməzdən əvvəl avtomobillərin dayandığına tam əmin olmaq və təhlükəsizlik adacıqlarından istifadə etmək əsas şərtdir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Piyada zolağında bir nəfər də olsa sürücü ona yol verməlidir EKSPERT
13 Mart 2026 18:09
Nə piyada, nə də sürücü belə bir hərəkəti gözləmir EKSPERT TƏNQİD ETDİ
01 İyul 2025 12:07
Bakıda daha bir PİYADA FACİƏSİ: yolu keçəndə maşın vurub öldürdü
05 Sentyabr 2025 12:03
“Piyada keçidlərində işıqfor fazaları yenidən tənzimlənməlidir” Ekspert
20 Oktyabr 2025 13:06
Putinlə Si Cinpinqin təması Qərb üçün xoş xəbər olmayıb Ekspert
07 Fevral 2026 12:32
Baxış sayı:182
Bu xəbər 07 May 2026 21:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları