Piyadaya yol vermədi: Qarşısnı kəsən gənc qızı döyüb qaçdı VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Piyada keçidində avtomobilin qarşısını kəsən gənc qız sürücü tərəfindən döyülüb. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Ötən gün şəhərin Esenyurt rayonunda 34-TAN-59 dövlət nömrə nişanlı taksi sürücüsü Arda P. yolu keçmək istəyən qıza yol verməyib. Bu vəziyyətdən əsəbiləşən qız avtomobilin qarşısını kəsərək onun fotosunu çəkib, bundan sonra tərəflər arasında mübahisə başlayıb. Bir müddət sonra isə taksi sürücüsü qıza yumruq zərbəsi endirib. Zərbənin təsirindən qız huşunu itirərək yerə yıxılıb. Sürücüsü isə hadisə yerindən qaçıb. Zərərçəkənin köməyinə ətrafdakı vətəndaşlar gəlib. Onlar huşunu itirən gənci xəstəxanaya aparıblar.
Xəstəxanada özünə gələn qız şikayət ərizəsi yazıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Avqust 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















