Vinisiusa bilet almışıq, Azərbaycana gəlir AÇIQLAMA
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
İki iranlı oyunçusu ilə yollarını ayırmaq məcburiyyətində qalan "Neftçi" onları bir legionerlə əvəzləyəcək.
Bunu Fanat.Az-a futzal klubunun baş məşqçisi Fuad Rzayev deyib.
"Ağ-qaralar" braziliyalı oyunçu ilə anlaşıblar. Söhbət sonuncu klubu "San Lorenso" olan Vinisius adlı futzalçıdan gedir:
"Vinisius yanvarın 10-12-si aralığında Azərbaycana gələcək. Artıq sənədləşmə işini həll etmişik, biletini də sifariş vermişik".
Qeyd edək ki, 10 oyunda 25 xal toplayan "Neftçi" Yüksəl Liqanın turnir cədvəlində "Araz-Naxçıvan"la 1-2-ci yerləri bölüşür.
Mirağa
Baxış sayı:69
Bu xəbər 26 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















