Ceyhun Bayramov: Bəzi güc mərkəzləri TDT yə qıcıqla yanaşır
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
2025-ci ildə Türk Dövlətləri Təşkilatına (TDT) marağın əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Bu maraq müxtəlif ölkələr tərəfindən açıq şəkildə nümayiş etdirilir.
Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, TDT-nin həyata keçirdiyi fəaliyyətə olan diqqət təşkilata üzv dövlətlərin beynəlxalq nüfuzu ilə birbaşa bağlıdır. Bu baxımdan, ilk növbədə qardaş Türkiyənin artan beynəlxalq təsirini qeyd etmək lazımdır.
C.Bayramov həmçinin vurğulayıb ki, Azərbaycan artıq 10-15 il əvvəlki Azərbaycan deyil. Azərbaycan öz suverenliyini tam bərpa edib və dünyaya zəngin resurslara malik, qlobal və regional proseslərə təsir göstərən bir dövlət kimi çıxış edir.
Nazir Qəbələ Bəyannaməsi əsasında TDT-nin yaradılmasını mühüm addım kimi dəyərləndirib:
“Bəzi güc mərkəzləri bu cür əməkdaşlıq və inteqrasiya proseslərinə müəyyən qıcıqla yanaşırlar. Buna əsas verən real səbəblər mövcud deyil”.
Baxış sayı:96
Bu xəbər 26 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















