“Vətən Fədailəri” layihəsi çərçivəsində şəhidlərimizə həsr olunan kitabın təqdimatı keçirilib FOTOLAR
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Vətən Fədailəri” layihəsi çərçivəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. Təqdimat böyük mənəvi və tarixi əhəmiyyət daşıyır. Şabran, Siyəzən və Xızı rayonlarının şəhidlərinə ithaf olunan kitab Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
Tədbirdə layihə rəhbəri Manya xanım çıxış edərək kitabın ərsəyə gəlməsi prosesi və layihənin məqsədləri barədə məlumat verib. Layihə rəhbərlərindən biri olan Şahin bəy isə bu yola şəhidlərimizə olan mənəvi borcu ödəmək niyyəti ilə çıxdıqlarını bildirib.
Təqdimatda şəhid ailələri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxışlarda vurğulanıb ki, bu cür təşəbbüslər milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun təbliği baxımından xüsusi önəm daşıyır.
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib. Şəhid qardaşı Elyar İslamoğlu isə 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının yazdığı qəhrəmanlıq dastanından bəhs edib.
Vətən müharibəsi qazisi İqbal Səfərov da çıxış edərək 44 gün ərzində keçdikləri çətin döyüş yolundan danışıb və bu ağır, lakin şərəfli missiyanın uğurla yerinə yetirildiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:VƏTƏN FƏDAİLƏRİ Zamanla Yarışan Tariximiz
09 Oktyabr 2025 15:25
Vətən müharibəsi Qəhrəmanına həsr edilmiş kitabın təqdimatı oldu FOTOLAR
16 Sentyabr 2025 11:28
BŞİHdə Vətən müharibəsinə dair kitabın təqdimatı olub FOTOLAR
09 Dekabr 2024 15:26
“Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsi çərçivəsində üçüncü tədbir keçirilib FOTOLAR/ VİDEO
04 Noyabr 2025 21:25
Gözümün nuru Vətən filminin təqdimatı keçirilib FOTOLAR
07 Noyabr 2025 13:56
Baxış sayı:90
Bu xəbər 26 Dekabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları