Icma.az
close
up
RU
Piylənmə və diabetin gözlənilməz səbəbləri AÇIQLANDI Elmi tədqiqat

Piylənmə və diabetin gözlənilməz səbəbləri AÇIQLANDI Elmi tədqiqat

Icma.az bildirir, Moderator.az portalına istinadən.

ABŞ-nin Meyo Klinikasından olan alimlər müəyyən ediblər ki, hüceyrələrin qocalması prosesi piylənmə, II tip şəkərli diabet və metabolik sindromun inkişafında həlledici rol oynaya bilər.

Tədqiqatın nəticələri Journal of Internal Medicine (JIM) jurnalında dərc olunub.

Siçanlar və insan toxuması nümunələri üzərində aparılan təcrübələr göstərib ki, yaş artdıqca orqanizmdə tədricən senesent (qocalmış) hüceyrələr toplanır. Bu hüceyrələr bölünmə qabiliyyətini itirir, lakin ölmür və xroniki iltihabı yaradan, maddələr mübadiləsini pozan maddələr ifraz etməyə davam edirlər.

Bu proses nəticəsində qaraciyər, piy və əzələ toxumalarının fəaliyyəti pozulur, orqanizmin insulinə qarşı həssaslığı azalır və metabolik xəstəliklərin yaranma riski artır.

Alimlər bildirirlər ki, hüceyrə qocalması təkcə diabet və piylənmənin inkişafına səbəb olmur, həm də orqanların fəaliyyətini ümumilikdə zəiflədir, bioloji qocalmanı sürətləndirir. Buna görə də bu mexanizmə təsir göstərmək, yaşla bağlı xəstəliklərin qarşısının alınması və müalicəsi üçün perspektivli istiqamət hesab edilir.

Mütəxəssislər problemin həlli üçün senoterapiya adlanan yanaşmanı təklif edirlər. Senoterapevtik preparatlar ya qocalmış hüceyrələri məhv edir, ya da onların orqanizmə mənfi təsirini bloklayır. Bundan başqa, bu preparatlar orqanizmin təbii təmizlənmə mexanizmlərini, məsələn, faqositlərin aktivləşməsini stimullaşdıra bilər. Faqositlər bədəndə ölmüş və zədələnmiş hüceyrələri aradan qaldıran müdafiə hüceyrələridir.

Alimlərin fikrincə, bu cür strategiya gələcəkdə metabolik pozuntuların müalicə və profilaktikasında yeni imkanlar aça bilər. Gələcək perspektivdə senoterapiya yalnız maddələr mübadiləsini yaxşılaşdırmaqla kifayətlənməyəcək, həm də yaşla əlaqəli xəstəliklərin riskini azaldaraq, insanın aktiv ömrünü uzada bilər. /Oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri