Icma.az
close
up
RU
MDU da “Velo Park Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı olub

MDU da “Velo Park Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı olub

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Mingəçevir Dövlət Universiteti (MDU), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) tərəfdaşlığı ilə reallaşdırılan “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təntənəli açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, MDU-nun yeni “2030 İnkişaf Strategiyası” və “Yaşıl Kampus” konsepsiyası çərçivəsində gənclərin fiziki aktivliyinin artırılması və ekoloji məsuliyyətin təşviqini hədəfləyən layihənin təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AzVİF-in vitse-prezidenti Fikrət Hacıyev, MDU-nun rektoru Anar Eminov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir şəhər Təhsil Sektorunun rəhbər şəxsləri və nümayəndələri eləcə də, MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar, şəhərin ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbir simvolik veloyürüşlə başlayıb. 70 fəal qız tələbədən ibarət qrup MDU-nun əsas tədris binasının qarşısından start götürərək Kür Olimpiya Tədris-İdman Mərkəzinin (OTİM) qarşısında finiş edib.
Öncə Ümummilli Lider Heydər Əliyevin, vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın və 11 noyabr tarixində baş vermiş təyyarə qəzasında həlak olan türkiyəli hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
MDU-nun rektoru Anar Eminov çıxışında layihənin ölkəmizdə sağlam həyat tərzinin təşviqi və gənclərin idmana cəlb olunması istiqamətində həyata keçirilən dövlət siyasətinə uyğun olduğunu qeyd edib. O, layihənin MDU-nun strateji hədəfləri ilə uzlaşdığını, xüsusilə regionlardan olan qız tələbələrin sosial fəallığının və fiziki aktivliyinin artırılmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Rektor layihənin ərsəyə gəlməsində göstərilən dəstəyə görə gənclər və idman naziri Fərid Qayıbov başda olmaqla Nazirliyə təşəkkür edib. O bildirib ki, federasiya tərəfindən 70 qız tələbəyə təqdim olunan velosipedlər layihənin maddi-texniki bazasının möhkəmlənməsinə və daha geniş tələbə auditoriyasının prosesə cəlb edilməsinə şərait yaradıb.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında layihənin regionlarda və universitet mühitində sağlam və aktiv gəncliyin formalaşmasına verdiyi töhfələri qeyd edib. Nazir bildirib ki, MDU-da yaradılan veloinfrastuktur tələbələrin idmanla mütəmadi məşğul olması üçün əlçatan və davamlı imkanlar yaradır və bu təşəbbüs ali təhsil müəssisələrində idmana marağın artmasına müsbət təsir göstərəcək.
Nazir layihənin hazırlanması və icrasında nümayiş etdirilən əməkdaşlığı yüksək qiymətləndirib, AzVİF-in dəstəyinin vacibliyini vurğulayıb və universitet rəhbərliyinə təşəkkür edib. O bildirib ki, Nazirlik gənclərin fiziki aktivliyini artıran bu kimi təşəbbüsləri gələcəkdə də dəstəkləməyə hazırdır.
AzVİF-in vitse-prezidenti Fikrət Hacıyev çıxışında layihənin regionlarda idman infrastrukturunun inkişafına verdiyi töhfəni xüsusi qeyd edib. O bildirib ki, MDU-da yaradılan velosiped parkı tələbələr və şəhər ictimaiyyəti üçün yeni vərdişlərin formalaşmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edəcək.
Fikrət Hacıyev federasiyanın bu təşəbbüsə verdiyi dəstəyin gənclər arasında velosiped idmanının kütləviləşdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə uyğun olduğunu bildirib və universitetlə əməkdaşlığın davamlı olacağını vurğulayıb.
Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında ölkəmizdə gənclərin hərtərəfli inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasəti gənclərin sağlam, fəal və vətənpərvər ruhda yetişməsinə geniş imkanlar yaradır.
Bəxtiyar Mustafayev layihənin bu siyasətin tərkib hissəsi kimi Mingəçevirdə gənclərin fiziki aktivliyinin, sosial inteqrasiyasının və sağlam həyat tərzi vərdişlərinin gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib. O, belə təşəbbüslərin davamlı olmasının şəhərdə gənclərin inkişaf mühitini daha da zənginləşdirəcəyini vurğulayaraq layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib.
Layihə çərçivəsində velosipedlərin universitetə təqdim olunmasını simvolizə edən lentkəsmə mərasimi keçirilib.
Daha sonra layihənin təşkilati işlərində fəallığı ilə seçilən şəxslərə təşəkkürnamələr təqdim olunub, layihəyə seçilən 70 qız tələbəyə isə iştiraklarına görə sertifikatlar verilib.
Layihə cari ilin 10 sentyabrında elan edilib və 400-dən çox qız tələbə müraciət edib. Seçim mərhələlərini uğurla başa vuran iştirakçılar maarifləndirici təlimlərdə, velosürüş kurslarında və şəhər turlarında iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdiriblər.
Bu fəaliyyətlər yalnız idman vərdişlərinin artırılmasına deyil, həm də komanda ruhu, liderlik, təhlükəsizlik mədəniyyəti və ekoloji məsuliyyət kimi dəyərlərin formalaşdırılmasına xidmət edib. Layihənin sonunda formalaşan yeni velosipedçi qızlar qrupu MDU-nun “Yaşıl Kampus” hərəkatının fəal simalarından birinə çevrilib.
Qeyd edək ki, “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsi Mingəçevir Dövlət Universitetində təkcə yeni idman məkanının istifadəyə verilməsi deyil, həm də sağlamlıq, ekoloji düşüncə və tələbə həmrəyliyi kimi dəyərlərin möhkəmlənməsi baxımından mühüm addımdır. Layihə növbəti mərhələlərdə daha geniş tələbə auditoriyasını əhatə edəcək və MDU-nun yaşıl, sağlam və müasir kampus modelinə doğru inkişafını sürətləndirəcək.
 





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see224

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see208

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see186

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see182

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see162

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see156

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see136

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see134

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see132

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri